Sabah güclü külək əsəcək, yağış yağacaq - Proqnoz

Avqustun 31-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında tədricə mülayimləşəcək.

Havanın temperaturu gecə 23-26, gündüz 26-31 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar