İlham Əliyevdən sərt sözlər - VİDEO

Dövlət başçısı: "Biz heç vaxt bu vəziyyətlə də barışa bilmərik"

Prezident İlham Əliyev sərt bəyanatlarla çıxış edib.

ANS TV-nin məlumatına görə, prezident İlham Əliyev ermənilərin işğalından azad edilmiş Horadiz şəhərinin bərpası zamanı yeni tikilmiş binaların açılışında iştirak edib. Prezident Ağdamın, Şuşanın da tezliklə bərpa olunacağını, əzəli Azrbaycan torpağı olan Dağlıq Qarabağa qayıdacağımızı və ermənilərin torpaqlarımızı sadəcə müvəqqəti işğal altında saxladığını bildirib.

“Biz istəmirik ki, yenə müharibə başlasın. Amma eyni zamanda, biz heç vaxt bu vəziyyətlə də barışa bilmərik. Çünki Ermənistan istəyir ki, heç nə dəyişməsin necə var elə də qalsın. Amma bu mümkün deyil. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər də bunu istəyir. Onlar da həmişə bizə deyirlər ki, müharibə etməyin və problemi danışıqlar yolu ilə həll edin. Biz də danışıqlar yolu ilə məsələni həll etmək istəyirik. İndi orada demoqrafik böhran yaşanır. Hətta yaşlı insanları da zorla orduya cəlb edirlər, onları səngərə göndərirlər. Bu yaxınlarda bir hadisə olmuşdu. Yəqin ki, yaxın vaxtlarda ictimaiyyət də məlumatlandırılacaqdır. Bizim Tovuz, Qazax istiqamətində sərhədimizə yaxın olan erməni kəndlərində yaşayan yaşlı insanlara zorla hərbi forma geyindirib, əlinə tüfəng verib, göndərirlər səngərə. Bax, budur reallıq”-deyə prezident qeyd edib.

Soçi görüşü ərəfəsində Ermənistanın təmas xəttində onların təxribatına qarşı Azərbaycan layiqli cavab verib. Ordumuz tərədindən onlarla işğalçı məhv edilib və onların təxribatı baş tutmayıb. Azərbaycanın bu mövqeyi isə Soçidə daha da güclü səsləndi.

Dövlət başçısı gürcülərlə görüşündə bildirib ki, bəzi qüvvələr onları dövlətə qarşı çevirmək üçün təbliğat, qarayaxma kampaniyası aparırlar.

“Ölkə daxilində milli satqınlar var ki, onlar xarici antiazərbaycan dairələrinə öz vicdanını satıblar. Amma yardım adı altında Azərbaycana hər il milyonlarla dollar pul ötürülür. O pul müxalifət qurumlarının cibinə gedir. Düzdür, bizim müxalifət pula o qədər meyllidir ki, o, ayrılan qrantların 70-80 faizini öz cibinə qoyur. Ona görə o pullar onu göndərənlərin iradəsi ilə xərclənmir. Ancaq fakt budur. Biz bunu bilirik, burada heç nəyi gizlətmək mümkün deyil. Bütün bank hesablarına nə qədər pul gəlir və bu pullar kimə gəlir? Daha sonra o pul hara gedir? Amma bilin ki, verilən o vəsait ölkəmizin maraqlarının əleyhinə işləyən vəsaitdir”- deyə İlham Əliyev çıxış edib.

Dövlət başçı onu da deyib ki, Azərbaycanda sabitliyi pozmaq cəhdləri yersizdir. Çünki Azərbaycanda sabitliyin, inkişafın təminatçısı elə Azərbaycan xalqının özüdür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar