İSTANBULDA TƏKRAR BƏLƏDİYYƏ SEÇKİLƏRİ KEÇİRİLƏCƏK - YSK tarixi də açıqladı

"AzPolitika.info"nun məlumatına görə, Türkiyənin Yüksək Seçki Komissiyası (YSK) İstanbulda təkrar bələdiyyə seçkisinin keçirilib-keçirilməyəcəyi ilə bağlı son qərarını verib.

Uzun araşdırmalardan sonra YSK İstanbul Böyük Şəhər Bələdiyyə başqanı seçkisinin təkrarlanmasını qərara alıb.  YSK üzvlərinin 7-si qərarın lehinə,  4-ü əleyhinə səs verib. 

Qərara görə, İstanbul Böyük Şəhər Bələdiyyə başqanı seçkilərinin nəticələri ləğv edilib. Yeni seçkilər 23 iyun tarixinə - bazar gününə təyin olunub. 

Qeyd edək ki,  Komissiya mart ayının 31-də keçirilmiş bələdiyyə seçkilərində İstanbulda qanun pozuntularının olması ilə bağlı AKP-nin şikayəti əsasında belə qərar verib. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) və onun Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan müttəfiqləri Türkiyənin Yüksək Seçki Komissiyasına şikayət ərizəsi təqdim edib və İstanbulda seçki pozuntularının olduğunu iddia edərək nəticələrin ləğv olunmasını, seçkinin yenidən keçirilməsini tələb etmişdilər.

İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda ən çox səsi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım toplamışdı.  YSK Əkrəm İmamoğlunun 26 min səs fərqi ilə qalib gəldiyini açıqladıqdan sonra AKP seçkinin nəticələrinə etiraz etmiş və bir çox rayonda səslər yenidən sayılmasına qərar verilmişdi.. Etibarsız hesab edilmiş yüz minlərlə səs, habelə bəzi məntəqələrdə bütün səslər həftələrlə yenidən sayılmışdı. Aprelin 17-də səslərin təkrar sayılması prosesi başa çatıb və səs fərqi 12 min nəfərədək düşmüşdü.

Bu da ortada İmamoğlunun xeyrinə saxtakarlığın olduğu iddialarını daha da artırmışdı.  AKP bu iddialarını təsdiqləyən sənədləri YSK-ya təqdim edərək,  nəticələrin bütünlüklə ləğvini tələb etmişdi.

YSK uzun araşdırmalardan sonra İstanbul Böyük Şəhər Bələdiyyə başqanı seçkilərində saxtakarlığa yol verildiyini təsbit olunduğunu bəyan edərək, seçkinin təkrar keçirilməsinə qərar verdi.  Qərar  rəsmi olaraq bir qədər sonra açıqlanacaq.

Qeyd edək ki, Türkiyə prokurorları da İstanbulda keçirilən yerli seçkilər zamanı qanun pozuntuları iddiası ilə 32 iş üzrə istintaqa başlayıb və 100-dən çox seçki məntəqəsinın səlahiyyətlilərini şübhəli qismində sorğu-sual edib.

Əlavə məlumatlar veriləcək.

Elman

AzPolitika.info

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2019-05-07 00:53:59

31 martda Türküyədə Bələdiyyə seçgilərində Stanbul Böyük Şəhər Bələdiyyəsi ilə bağlı 19 apreldə aşağıdakı bu paylaşımı etmişdim. ----------- Qardaş Türküyədə baş verən siyasi olaylar bizləri, xüsusən də Azərbaycanı əndişələndirməyə bilməz. Çünki, dünyada dəngələrin dəyişdiyi bir dönəmdə və bu dəngələrdən çıxış edib dünya düzənini yenidən şekillenmesine cəhd edən güclər, Türküyəni (xüsusən də müsəlman ölkəsi olduğuna görə) hər vasitə ilə Orta Doğu bataqlığında tələyə salmaq çabasındadırlar. Çünkü, Türküyənin bölgədə və xüsusəndə dünyada söz sahibi olması, Türk duşmanlarının marağına ziddir və bu nədən də günü-gündən böyüyən və bölgənin önəmli aktyoruna çevrilən Türküyə onları rahatsız etməkdədir. Ona görə də onlar Türküyəni həmişə xarici münaqişələrə cəlb etməklə yanaşı, içdən vurmaq üçün də daxili qarşıdurmaların yaratmaq qayəsindədirlər və bundan da vaz keçmək niyətləri yoxdur. Bütün bu səbəblərdən dolayı da son bələdiyyə seçgilərində, onların Türküyə uzantıları və onlara xidmət edən iç nökərlər yenə iş başında idi. Məhz Türküyə YSK-sı onların əlinə koz verməmək üçün, araşdırmalar başa çatmadan İmamoğlunun “mazbatasını” ona təqdim etmək məcburiyyətində qalmış oldu. Bu isə YSK –nın Stambul araşdırmasının durdurulması anlamına gəlmir. Odurki də, Stambulda baş verənlərə bir də görünməyən tərəfdən baxmaq lazım. Birincisi Stambulda İmamoğlu yox, Türk demokratiyası qalib gəldi (hakikatanda gəlibsə o da eger) . İkincisi İmamoğlu bu seçgidə, görünmeyenleri demirem, aslında adı "Millət İttifaqı" olan görünən beş kişinin (partiyanın) dəstəyi ilə başkan olub. O elə də siyasi arenada çox da tanınan siyasətçi də deyil, adam da deyil. Olaki də bezi kardeşlarımızın dediyi kimi ki, hele bir "Fateh" ola. Üçüncüsü, qeyd etdiyimiz kimi, YSK -da araşdırma gedir, Mazbatanı almaq hələ şərt deyil. Ola bilsin elə anti milli və anti Türküyə bəlgələri ortaya çıxar ki, YSK Mazbatanı verdiyi kimi də geri alar. Dördüncüsü bəli iç politkada iqtidarın bazi yanlışları var, lakin bu heç də fəlakətli həddə deyil. Bundan istifadə edib, İmamoğluna səs verən STAMBUL Elitası nə yazıq ki, proseslərə dışdan baxıb da oy vermədilər. Guya kəndilərinə görə qisas aldılar. Onlar nəzərə almalı idilər ki, Atatürkdən sonra Erdoğan tək liderdi ki, bütün dünya güclərinə kafa tutaraq dünyada Türküyənin baxımsızlığı mücadiləsini verir. CHP isə iqtidarda olsun deyə yenə də Türküyəni Türk duşmanlarının hodağına çevirmək qayəsində. Nə yazıqki, hazırki CHP ATATÜRK ideallarından çoxdan vaz keçib. Bu isə çox üzücü. Beşincisi, lap deyək ki, hər şey yolunda olub. Sabah İmamoğlunu başkan yapan o görünən ve görünmeyen qüvvələr və xüsusən də Qərb uzantıları oz şartlərini diqtə etməyəcəklərmi. Onda nə olacaq. Ona görədə gəlin tələsməyək. Uca Türk millet dostu ile duşmanını artıq seçen millet. Türküye sevdalılarına və bütün Türk millətinə isə, YSK-nın kararını gözlemek düşür. Bu gün aydan 6 mayis. Günlərdən pazar ertəsi günü. Göründüyü kimi vermiş olduğumuz proqnoz düz çıxdı. Bəli artıq YSK o kararı verdi. Stanbulda seçimlər yenilənəcək. Türk demokrasi öz sözünü yenə dedi. Unutmayak ki, indiki zamanda bu karar Türküyəmizin BEKASI üçün çox önemli. Dərine gedilse CHP üçün de bu doğru bir karar. Çünki onlar üzde "Millət İttifak"ı adllanan birliyin bazı üyelerinin karşısında götürdükleri yükün önemli bir kısmından kurtulmuş oldular.

turan 2019-05-07 00:53:59

Bu çox utandırıcı bir qərardır..

Son yazılar