“Ərdoğanın İrəvana səfəri “soyqırımı” tanımaq demək olacaq”

“İrəvanda “soyqırım” qurbanlarının anma mərasiminə dəvətnamənin Türkiyə prezidentinə məhz Ankarada təqdim eləməklə Ermənistan nümayiş etdirir ki, o, bu faciənin inkar edilməsi ilə mübarizəni davam etdirəcək”. Musavat.com-un erməni mediasına istinadən verdiyi məlumata görə, bunu hakim Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov Nalbəndyanın Türkiyə prezidentinin inauqurasiya mərasimində iştirak faktını şərh edərkən bildirib.

“Biz bir daha təsdiqləmiş oluruq həm dünya birliyi, həm də Türkiyə hakimiyyəti həqiqətlə üz-üzə qalsınlar. Əgər o, (Türkiyə prezidenti –red.) Ermənistana gələrsə, bu, o anlamı verəcək ki, baş verən cinayəti etiraf edir”, - deyə Şarmazanov bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar