İmamoğlundan ilk reaksiya - "Hər şey gözəl olacaq..."

YSK-nın (MSK) İstanbuldakı bələdiyyə seçkilərinin nəticələrini ləğv etməsinə martın 31-də keçirilmiş seçkidə İstanbul şəhər bələdiyyəsinin sədri seçilmiş CHP-li Əkrəm İmamoğlundan reaksiya gecikməyib.

Strateq.az xəbər verir ki, o, sosial şəbəkədəki hesabında qərara münasibət bildirməzdən əvvəl xalqın Ramazan bayramını təbrik edib və gündəmdə xeyli mövzuların olduğunu yazıb:

“Bu Ramazan Türkiyəyə xeyirlər gətirsin. Ölkənin ciddi iqtisadi sıxıntıları var. İşsizlik var. Bunları birlikdə aşacağıq. İndi hamı mənimlə bağlı qərarla maraqlanır. YSK-nın rəsmi açıqlamasını, onun detallarını gözləyirəm. O zaman düşüncələrimi daha ətraflı bəyan edəcəm”.

İmamoğlu bildirib ki, hər şey çox gözəl olacaq: “Ümidinizi heç itirməyin. Biriləri xəta edəcək, pis işlərə qarışacaqlar, ancaq biz ümidi daşıyacağıq”.

Xatırladaq ki, YSK-nın qərarına əsasən, iyunun 23-də İstanbulda təkrar bələdiyyə seçkiləri keçiriləcək.

635x100

Şərhlər

Oxucu 2019-05-06 22:22:38

Sən bu dəfə daha çox səs toplayacaqsan!Akp-nin bu səhvi səni daha güclü edəcək.

Cəmşid Dərələyəzli 2019-05-06 22:22:38

31 martda Türküyədə Bələdiyyə seçgilərində Stanbul Böyük Şəhər Bələdiyyəsi ilə bağlı 19 apreldə aşağıdakı bu paylaşımı etmişdim. ----------- Qardaş Türküyədə baş verən siyasi olaylar bizləri, xüsusən də Azərbaycanı əndişələndirməyə bilməz. Çünki, dünyada dəngələrin dəyişdiyi bir dönəmdə və bu dəngələrdən çıxış edib dünya düzənini yenidən şekillenmesine cəhd edən güclər, Türküyəni (xüsusən də müsəlman ölkəsi olduğuna görə) hər vasitə ilə Orta Doğu bataqlığında tələyə salmaq çabasındadırlar. Çünkü, Türküyənin bölgədə və xüsusəndə dünyada söz sahibi olması, Türk duşmanlarının marağına ziddir və bu nədən də günü-gündən böyüyən və bölgənin önəmli aktyoruna çevrilən Türküyə onları rahatsız etməkdədir. Ona görə də onlar Türküyəni həmişə xarici münaqişələrə cəlb etməklə yanaşı, içdən vurmaq üçün də daxili qarşıdurmaların yaratmaq qayəsindədirlər və bundan da vaz keçmək niyətləri yoxdur. Bütün bu səbəblərdən dolayı da son bələdiyyə seçgilərində, onların Türküyə uzantıları və onlara xidmət edən iç nökərlər yenə iş başında idi. Məhz Türküyə YSK-sı onların əlinə koz verməmək üçün, araşdırmalar başa çatmadan İmamoğlunun “mazbatasını” ona təqdim etmək məcburiyyətində qalmış oldu. Bu isə YSK –nın Stambul araşdırmasının durdurulması anlamına gəlmir. Odurki də, Stambulda baş verənlərə bir də görünməyən tərəfdən baxmaq lazım. Birincisi Stambulda İmamoğlu yox, Türk demokratiyası qalib gəldi (hakikatanda gəlibsə o da eger) . İkincisi İmamoğlu bu seçgidə, görünmeyenleri demirem, aslında adı "Millət İttifaqı" olan görünən beş kişinin (partiyanın) dəstəyi ilə başkan olub. O elə də siyasi arenada çox da tanınan siyasətçi də deyil, adam da deyil. Olaki də bezi kardeşlarımızın dediyi kimi ki, hele bir "Fateh" ola. Üçüncüsü, qeyd etdiyimiz kimi, YSK -da araşdırma gedir, Mazbatanı almaq hələ şərt deyil. Ola bilsin elə anti milli və anti Türküyə bəlgələri ortaya çıxar ki, YSK Mazbatanı verdiyi kimi də geri alar. Dördüncüsü bəli iç politkada iqtidarın bazi yanlışları var, lakin bu heç də fəlakətli həddə deyil. Bundan istifadə edib, İmamoğluna səs verən STAMBUL Elitasə nə yazıq ki, proseslərə dışdan baxıb da oy vermədilər. Guya kəndilərinə görə qisas aldılar. Onlar nəzərə almalı idilər ki, Atatürkdən sonra Erdoğan tək liderdi ki, bütün dünya güclərinə kafa tutaraq dünyada Türküyənin baxımsızlığı mücadiləsini verir. CHP isə iqtidarda olsun deyə yenə də Türküyəni Türk duşmanlarının hodağına hçevirmək qayəsində. Nə yazıqki, hazırki CHP ATATÜRK ideallarından çoxdan vaz keçib. Bu isə çox üzücü. Beşincisi, lap deyək ki, hər şey yolunda olub. Sabah İmamoğlunu başkan yapan o görünən ve görünmeyen qüvvələr və xüsusən də Qərb uzantıları oz şartlərini diqtə etməyəcəklərmi. Onda nə olacaq. Ona görədə gəlin tələsməyək. Uca Türk millet dostu ile duşmanını artıq seçen millet. Türküye sevdalılarına və bütün Türk millətinə isə, YSK-nın kararını gözlemek düşür. Bu gün aydan 6 mayis. Günlərdən pazar ertəsi günü. Göründüyü kimi vermiş olduğumuz proqnoz düz çıxdı. Bəli artıq YSK o kararı verdi. Stanbulda seçimlər yenilənəcək. Türk demokrasi öz sözünü yenə dedi. Unutmayak ki, indiki zamanda bu karar Türküyəmizin BEKASI üçün çox önemli. Dərine dedilse CHP üçün de bu doğru bir karar. Çünki onlar üzde "Milli İttifak" adllanan ibirliyin bazı üyelerinin karşısında götürdükleri yükün önemli bir kısmından kurtulmuş oldular.

Son yazılar