Klublar arasında yeni qitəmiqyaslı turnirin təşkili təklif olunub

İtaliya "Napoli"sinin prezidenti Aurelio De Laurentis yeni Avropa klub turnirinin yaradılmasını təklif edib.

"Report" xəbər verir ki, bu barədə klub rəhbərinin özü AS nəşrinə açıqlamasında bildirib.

De Laurentis yeni ideyasını Avropa Klublar Assosiasiyasının (ECA) iclasında irəli sürəcəyini söyləyib.

Turnir barədə danışan "Napoli"nin prezidenti Çempionlar Liqası və Avropa Liqasının ləğvinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, əvəzində 80 klub üçün turnir yaradılmalıdır. Onlardan hərəyə 7-si İtaliya, Fransa, Almaniya, İngiltərə və İspaniyanı, hərəyə 4-ü Portuqaliya, Hollandiya, Belçika, İsveç və digər ölkələri təmsil etməlidirlər. Komandalar hərəsində 20-si olmaqla, 4 qrupa bölünməlidirlər: "Mən bunu Avropa Kuboku adlandırardım. Matçlar həftəiçi - 2 - 4-cü günlərdə keçirilə, həftəsonları isə milli liqalara saxlanıla bilər".

De Laurentis Superliqa ideyasına da münasibət bildirib: "ECA və "Yuventus"un prezidenti Andrea Anyelli ağıllıdır. İnanmıram ki, o, avrokubok matçlarını azaldan turnir yaratmaq istəyir. Bu ideya qısamüddətli perspektivdə cəlbedici ola bilər. Lakin son nəticədə publikanın böyük hissəsini özündən aralayacaq".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar