Serj Sarkisyan Qarabağa səfər edəcək

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan bu günlərdə erməni silahlı qruplaşmaları tərəfindən işğal olunmuş Dağlıq Qarabağa səfər edəcək.

Virtualaz.org “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bunu Respublika partiyasının mətbuat xidmətindən bildiriblər.

Sonuncu dəfə Serj Sarkisyan işğal altında olan Qarabağa bu ilin mart ayında səfər etmişdi. O vaxt eks-prezident Ermnistan silahlı qüvvələrinin əsasını qoyanlardan biri – Vazgen Sarkisyanın 60 illiyi ilə bağlı tədbirlərdə iştirak etmişdi. Bu, 2018-ci ilin aprelində baş nazir vəzifəsindən istefa verdikdən sonra Sarkisyanın göründüyü ilk kütləvi tədbir olmuşdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar