NATO Rusiya təcavüzünə qarşı yeni hərbi birlik yaradır

NATO-ya daxil olan 7 ölkə Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq müdafiəni gücləndirmək planı üzrə “Sürətli reaksiya qüvvələri” yaradır.

Bu barədə “Financial Times” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, NATO-nun yeni strukturunda azı 10 min əsgər olacaq.

Layihədə Danimarka, Latviya, Estoniya, Litva, Norveç və Niderlandın iştirakı artıq təsdiqlənib. Onlara Kanadanın da qoşulacağı gözlənilir.

Qəzet yazır ki, britaniyalıların rəhbərliyi altında fəaliyyət göstərəcək yeni strukturun sərəncamında hərbi-hava, hərbi-dəniz birlikləri və quru qoşunları olacaq.

Gözlənilir ki, bu yeni hərbi birliyi Böyük Britaniyanın baş naziri David Kameron sentyabrın 4-5-də Uelsdə keçiriləcək NATO sammitində elan edəcək.  /azadlıq.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar