Almaniyanın dövlət televiziyası Türkiyədə İŞİD bazasının görüntülərini yaydı - Fotolar

Almaniyanın dövlət televiziyası olan Kanal 1 (ARD) İŞİD-ə dəstək vermək üçün Türkiyə üzərindən Suriya və Şimali İraqa gedən terrorçuların Qaziantepdəki təlim bazasının görüntülərini yayıb.

AzPolitika.info-nun məlumatına görə, Panorama proqramında İŞİD terror təşkilatı tərəfindən döyüşmək üçün gənclərin Qaziantepdəki təlim bazasında necə hazırlandıqları və sərhəddən yoxlanılmadan Suriya və Şimali İraqa keçdikləri barədə görüntülər yayımlanıb.

Xəbərdə, Türkiyədən Suriya və Şimali İraqa keçidlərdə yoxlamaların “sıfır” səviyyədə olduğu və Almaniyadan təxminən 400 gəncin İŞİD-ə dəstək vermək üçün bu bölgələrə getdikləri qeyd olunur.

“Avropadan gənclərin İŞİD-ə cəlb olunması türk kəşfiyyatı MİT-in təşkilatçılığıyla həyata keçirilir”

Almaniyada övladları İŞİD-ə qoşulmuş üç ələvi kökənli ailəyə vəkillik edən Mahmut Erdem Avropadan gənclərin Türkiyənin Milli İstihbarat Təşkilatının vasitəsilə təlim bazalarına aparıldığını açıqlayıb. Vəkil qeyd edir ki, çox vaxt düşüncələri tam formalaşmayan, şəxsi problemləri olan gənclərin “beyinləri yuyularaq” onlara cihad çağırışları edirlər.

“Məscidlər İŞİD-in qaynaq yeridir”

Övladları İŞİD-ə qoşulan ailənin vəkili ARD-yə verdiyi açıqlamada Avropada məscidlərin İŞİD-in qaynaq yeri olduğunu bildirib: “Məscidlər terrror yuvası olmaqdan çıxmalıdır. MİT bu işin içindədir. Hər şey planlı şəkildə təşkil olunur. Gənclər Qaziantepdəki terror bazasından Suriya və Şimali İraqa aparılır. Sərhədlərdə heç bir yoxlama aparılmır”.

Telekanalın yaydığı məlumatda o da bildirilir ki, Almaniyanın daxili işlər nazirliyi və digər təhlükəsizlik idarələrinin birlikdə aldıqları qərara görə, cihada gedən gənclərin geri dönüşlərinin qarşısı alınacaq.

Qeyd edək ki, Almaniya televiziyasının yaydığı bu məlumatları başqa mənbələr təsdiqləmir. Yayılan informasiyalar Türkiyəyə qarşı təxribat məqsədi də daşıya bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar