NÖVBƏDƏNKƏNAR SEÇKİ İLƏ BAĞLI QƏRAR AÇIQLANDI – Bu tarixdə keçiriləcək...

Xeyli vaxtdır gündəmdə olan növbədənkənar parlament seçkiləri mövzusunu bağlanmış hesab etmək olar. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, Baş Nazirin müavini Əli Əhmədov parlament seçkilərinin vaxtında - gələn il keçirləcəyini açıqlayıb.

O bildirib ki, parlament seçkilərinin keçirilmə vaxtı Azərbaycan Konstitusiyasında müəyyənləşib və növbəti seçki 2020-ci ildə olacaq.

Ə.Əhmədovun bu açıqlaması ondan xəbər verir ki, hakimiyyət qəti qərarla növbədənkənar seçki ideyasını öz gündəmindən çıxarıb.

Xatırladaq ki, ötən il növbədənkənar parlament seçkilərinə ciddi hazırlığın getdiyi müşahidə olunurdu. Xüsusən də Ermənistanda hakimiyyət dəyişikliyi və ardınca beynəlxalq aləmin kafi qiymət verdiyi parlament seçkilərinin keçirilməsindən sonra bu hazırlıqlar daha da intensivləşmişdi. Əksər siyasi müşahidəçilər belə hesab edirdilər ki, Azərbaycan hakimiyyəti balansı qorumaq üçün nisbətən normal seçkilər nəticəsində 20-30 müxalifətçini parlamentə buraxmaqla, özünün beynəlxalq imicini bir qədər yaxşılaşdırmaq niyyətindədir. Lakin növbədənkənar seçki ideyası çox ciddi hüquqi əngəllə qarşılaşdığından belə bir qərar verməkdə tərəddüd yaranmışdı. Məsələ ondadır ki, parlamenti buraxmağın sadə hüquqi mexanizmi mövcud deyil. Bunun üçün referendumla Konstitusiyaya dəyişiklik edilməli və Prezidentə istədiyi vaxt parlamenti buraxmaq səlahiyyəti verilməli idi. Belə görünür ki, hakimiyyət bu çətinlikləri nəzərə alaraq növbədənkənar seçki ideyasından imtina edib.

Onu da qeyd edək ki, növbədənkənar parlament seçkiləri ideyası siyasi qüvvələr arasında da ciddi canlanmaya səbəb olmuşdu.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

4mln 444min 444-cü 2019-05-07 17:30:43

On milyon naminə bütün səviyyələr üzrə beş aylıq növbədənkənar azad-şəffaf seçkilər marafonu elan etmək ən aktuoptimal seçim olardı?

əLİ 2019-05-07 17:30:43

Bu nə bildi? Haradan bildi və niyə bu bildi?

yalçın 2019-05-07 17:30:43

yəni öldürülmüş, ya dondurulmuş seçki adlı kimsə onda dirildiləcək? əsas sual budur bax!

Seçici şərhə 2019-05-07 17:30:43

İqtidarın lazımına gələrsə növbədən kənar seçki də, referendum da keçirər. YAPla istəsə, elə hərbi işğalçıları da bircə aya Qarabağdan İrəvanacan qovar.

Cəmil 2019-05-07 17:30:43

Yalan generaOnun bir ciddi,konkret ,fakta əsaslanan dəqiq və dürüst çıxışını,sözünü eşidən olubmu?!Elə bilir Baş Nazirlik partiya iclasıdır.

Son yazılar