CHP İSTANBULDA TƏKRAR SEÇKİLƏRƏ QATILACAQ - Qərar açıqlanıb

Bu gün Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) Ali Seçki Qurumunun (YSK) İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvinə dair qərarının müzakirəsinə həsr olunmuş yığıncaq keçirilib.

ONA-nın xəbərinə görə, iclasa CHP sədri Kamal Kılıçdaroğlu, partiyanın İstanbul bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu ilə yanaşı, rəhbər şəxslər, CHP-nin deputatları, rayon təşkilatlarının sədrləri qatılıb.

Yığıncaqda partiyanın bundan sonra hansı addımlar atacağına dair müzakirələr aparılıb.

Müzakirələrin nəticəsində iyunun 23-də İstanbulda keçiriləcək təkrar seçkidə iştirak etmək barədə qərar qəbul olunub.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda ən çox səsi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım toplayıb. Ali Seçki Qurumu (YSK) Əkrəm İmamoğlunun 26 min səs fərqi ilə qalib gəldiyini açıqladıqdan sonra AKP seçkinin nəticələrinə etiraz edib və bir çox rayonda səslər yenidən sayılıb. Aprelin 17-də səslərin təkrar sayılması prosesi başa çatıb və səs fərqi 12 min nəfərədək düşüb.

AKP İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi və yenidən keçirilməsi tələbi ilə bağlı YSK-ya müraciət edib.

YSK aprelin 17-də İstanbul bələdiyyə sədri mandatını Əkrəm İmamoğluna təqdim edib, mayın 6-da isə İstanbulda seçkinin nəticələrinin ləğvinə qərar verib.

Xatırladaq ki, paytaxt Ankara və ölkənin üçüncü ən böyük şəhəri olan İzmirdə də CHP-nin namizədləri qalib gəlib. Mansur Yavaş Ankara, Mustafa Tunç Soyer İzmirin bələdiyyə sədrləri olub.

635x100

Şərhlər

yalçın 2019-05-07 13:59:07

fətoş. ərdo və binoş...?

Cəmşid Dərələyəzli 2019-05-07 13:59:07

31 martda Türküyədə Bələdiyyə seçgilərində İstanbul Böyük Şəhər Bələdiyyəsi ilə bağlı 19 apreldə aşağıdakı bu paylaşımı etmişdim. ----------- Qardaş Türküyədə baş verən siyasi olaylar bizləri, xüsusən də Azərbaycanı əndişələndirməyə bilməz. Çünki, dünyada dəngələrin dəyişdiyi bir dönəmdə və bu dəngələrdən çıxış edib dünya düzənini yenidən şekillenmesine cəhd edən güclər, Türküyəni (xüsusən də müsəlman ölkəsi olduğuna görə) hər vasitə ilə Orta Doğu bataqlığında tələyə salmaq çabasındadırlar. Çünkü, Türküyənin bölgədə və xüsusəndə dünyada söz sahibi olması, Türk duşmanlarının marağına ziddir və bu nədən də günü-gündən böyüyən və bölgənin önəmli aktyoruna çevrilən Türküyə onları rahatsız etməkdədir. Ona görə də onlar Türküyəni həmişə xarici münaqişələrə cəlb etməklə yanaşı, içdən vurmaq üçün də daxili qarşıdurmaların yaratmaq qayəsindədirlər və bundan da vaz keçmək niyətləri yoxdur. Bütün bu səbəblərdən dolayı da son bələdiyyə seçgilərində, onların Türküyə uzantıları və onlara xidmət edən iç nökərlər yenə iş başında idi. Məhz Türküyə YSK-sı onların əlinə koz verməmək üçün, araşdırmalar başa çatmadan İmamoğlunun “mazbatasını” ona təqdim etmək məcburiyyətində qalmış oldu. Bu isə YSK –nın İstanbul araşdırmasının durdurulması anlamına gəlmir. Odurki də, İstanbulda baş verənlərə bir də görünməyən tərəfdən baxmaq lazım. Birincisi İstanbulda İmamoğlu yox, Türk demokratiyası qalib gəldi (hakikatanda gəlibsə o da eger) . İkincisi İmamoğlu bu seçgidə, görünmeyenleri demirem, aslında adı "Millət İttifaqı" olan görünən beş kişinin (partiyanın) dəstəyi ilə başkan olub. O elə də siyasi arenada çox da tanınan siyasətçi də deyil, adam da deyil. Olaki də bezi kardeşlarımızın dediyi kimi ki, hele bir "Fateh" ola. Üçüncüsü, qeyd etdiyimiz kimi, YSK -da araşdırma gedir, Mazbatanı almaq hələ şərt deyil. Ola bilsin elə anti milli və anti Türküyə bəlgələri ortaya çıxar ki, YSK Mazbatanı verdiyi kimi də geri alar. Dördüncüsü bəli iç politkada iqtidarın bazi yanlışları var, lakin bu heç də fəlakətli həddə deyil. Bundan istifadə edib, İmamoğluna səs verən İSTAnBUL Elitası nə yazıq ki, proseslərə dışdan baxıb da oy vermədilər. Guya kəndilərinə görə qisas aldılar. Onlar nəzərə almalı idilər ki, Atatürkdən sonra Erdoğan tək liderdi ki, bütün dünya güclərinə kafa tutaraq dünyada Türküyənin baxımsızlığı mücadiləsini verir. CHP isə iqtidarda olsun deyə yenə də Türküyəni Türk duşmanlarının hodağına çevirmək qayəsində. Nə yazıqki, hazırki CHP ATATÜRK ideallarından çoxdan vaz keçib. Bu isə çox üzücü. Beşincisi, lap deyək ki, hər şey yolunda olub. Sabah İmamoğlunu başkan yapan o görünən ve görünmeyen qüvvələr və xüsusən də Qərb uzantıları oz şartlərini diqtə etməyəcəklərmi. Onda nə olacaq. Ona görədə gəlin tələsməyək. Uca Türk millet dostu ile duşmanını artıq seçen millet. Türküye sevdalılarına və bütün Türk millətinə isə, YSK-nın kararını gözlemek düşür. Bu gün aydan 6 mayis. Günlərdən pazar ertəsi günü. Göründüyü kimi vermiş olduğumuz proqnoz düz çıxdı. Bəli artıq YSK o kararı verdi. Stanbulda seçimlər yenilənəcək. Türk demokrasi öz sözünü yenə dedi. Unutmayak ki, indiki zamanda bu karar Türküyəmizin BEKASI üçün çox önemli. Dərine gedilse CHP üçün de bu doğru bir karar. Çünki onlar üzde "Millət İttifak"ı adllanan birliyin bazı üyelerinin karşısında götürdükleri yükün önemli bir kısmından kurtulmuş oldular.

Son yazılar