“MƏN ƏLİ İNSANOVU NİYƏ DƏSTƏKLƏMƏLİYƏM?” - Etibar Məmmədovdan qəzəbli açıqlama

“Mən Əli İnsanovun mövqeyini niyə dəstəkləməliyəm? Sosial şəbəkələrdə bunu iddia edənlər qələt edirlər”.

Bunu Modern.az-ın sualına cavab olaraq, Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və lideri Etibar Məmmədov söyləyib. O qeyd edib ki, sabiq səhiyyə naziri, siyasətçi Əli İnsanova əks və ya onun tərəfində deyil:

“O kim, mən kim... Nəyə görə kimisə müdafiə etməliyəm, kiminsə tərəfində ya da əleyhinə olmalıyam? Hərənin öz hüququ, öz məntiqi var. Kim nə istəyir, danışa bilər. Öz danışdıqlarına da hər kəs özü cavabdeh olmalıdır”.

Etibar Məmmədov Əli İnsanovun mübahisəli çıxışlarına isə qiymət vermək istəməyib:

“Onun çıxışları ilə bağlı da heç bir fikrim yoxdur. Kimin haqqında danışıbsa, onlar cavab versin. O yaşı 70-i keçmiş adamdır. Vaxtilə nazir işləyib, həbsdə yatıb. Nə danışırsa, məlumdur ki, özü öz sözlərinə cavabdeh olmalıdır. Nəyisə hesablayıb, danışırsa, özü cavabdeh olmalıdır. Mən niyə onun çıxışlarına qiymət verməliyəm? Mənə artıq yerə bu cür suallar verirsiniz”.

635x100

Şərhlər

Ayaz Rustamov 2019-05-07 21:48:09

Salam.Cox maraqlidir azerbaycan tarixinden xeberi olmayan bivec ve Azpolitikanin "shtatli" yazarlarinin nezerine catdiriram.Etibar Memmedov Mustaqillik tarixine imza atan ve hemin mustaqilliyi dunya dovlatlarina tanitdiran xalqin qeyratli,deyerli ogludur.Dusunuram ki yaxin zamnada Etibar Memmedov Azerbaycani bu kola psixologiyasindan da azad edacak. men tehqirlere cavab vermak istamiram/yaziqlar olsun seviyye ve savad yox neylasinlar.Allah Azerbaycani ve Etibar Memmedovu qorusun

Buqa 2019-05-07 21:48:09

Hotmetli Etibar bey, men size muraciet edirem, niye utanib yere girmirsen. Sizin bu millete vurdugunuz ziyanin miqdari hecde ermeni digalarindan eksik deyil. Deyirlerki filankes faqir deyil, yeri dardir. Allah gostermesinki, size meydan acila, onda bilinerki siz kimsiniz. AZerbaycanin bu veziyyete dushmesinin birincilerindensiniz. Ali Insanovda o vaxtla sizi president etmek isteyirdi, ona gore 17 il mehbus heyati yashadi. Siz Nemet Rehim, boyuk gunahlarin muallifisiniz.

Qurban 2019-05-07 21:48:09

Sən bilmirəm nəyin və haranın vəkilisən, ya nəyisən.... Oynayanlar oynadı indi də həmin oyunların içindədirlər. duxun çatır onlardan danış...Alver edənlərdən. bilmək olmaz bəlkə də həmin oyunşulara trolluq edirsən, bir-iki qəpik quruş sənin də qabağına atırlar. Yoxsa burda ştatlı trolluq edib Etibar bəyin mətbuatda gedən fikirlərini güdüb belə səy-səy şərhlər yazmazdın. Uşağların da deyir dədələri pul qazanır...

Alper 2019-05-07 21:48:09

Kasablanka ilə Kapablankanı səhv salır şahmatdan danışır.Ə...öl yerində. Hələ bir get öyrən bala, öyrən

Geber 2019-05-07 21:48:09

Hami Əli İnsanovun adi altinda rusca desək otmetilis , ki məndən də səs cixdi yayildi və bəlkə filan əfsus , ki səs itdi .. . İlk saatdan yazmişam , ki sicrayişda olan şahmatcinin qabaqini piyadalarla kəsməmək nadir təcrubəli qrossmeystrlərin işidir. Onlar sicrayişli Kasablanka sayaq oynayana bir iki partiya uduzurlar , ki ari barmaqi sancan effekti ilə silkələnməklə müvazinəti və diqqətlərini nizamlamaq ücün əbəs vaxti yenidən əldə etsinlər. Hörmətli Etibar bəyin mövqesiz ğörüntülü cavabi elə möv

Gebere 2019-05-07 21:48:09

Kasablanka yoxsa Kapablanka?

VƏKİL 2019-05-07 21:48:09

Sən dəstəkləsən nə olacaq,dəstəkləməsən nə olacaq? Oyununu oynadın,çəkildin.Aldığını almısan.ÇƏKİLİB KƏNARDASAN.qarışmasan bəlkə yaxşıdır7l

Arslan 2019-05-07 21:48:09

Bəs, adam siyasətçi idi? İşlətdiyi qəzəbli ifadələr bunu nücə təsdiq edirmi. Görünür... Keçmiş olsun. Sular durulsa yaxşıdır.

Əli Orucov 2019-05-07 21:48:09

Mənə elə gəlir ki, Azpolitika.info saytının da "xüsusi tapşırıqlar"ını icra edən daimi, statlı trolları var. Yoxsa necə olur ki, ancaq söyənlərin, təhqir edənlərin, yalan-palan və böhtan xarakterli şərhlər aktivləşdirilir, digərləri aktivləşdirilmir. Həm də bunlar eyni adlar və eyni adamlar ola-ola.

talib-qerbi azerbaycanli 2019-05-07 21:48:09

etibar memedov sene eyib olsun- sen ne ucun bizim aqsaqqlimiza qarsi bele hereket edirsen

Son yazılar