Bakıda maşından oğurluq edən keçmiş məhkumlar yaxalanıb

Binəqədi rayonu ərazisində yerləşən restoranlardan birinin həyətində paytaxt sakini Ruslan Həsənova məxsus avtomobilin şüşəsi sındırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, zərərçəkən polislə müraciət edərək hadisə zamanı maşından ümumi dəyəri 3500 manat olan 4 ədəd gödəkçəsinin oğurlandığını bildirib.

Qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş – Hacıqabul rayon sakini Şamil Əliyev və Qubadlı rayonunda qeydiyyatda olan Amil Həsənov Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıblar.

Onlar ifadələrində törətdikləri oğurluq hadisəsini etiraf ediblər.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, oğurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər cinayətlərdə iştirak etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Binəqədi Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar