Erməni əsgər tutuldu
Baxiş sayı:
Dərc olunub:
30/08/2014 - 15:49
Ayrapetyanın ölümünə səbəb olan Simon Mkrtçyan ələ keçirilib
ANS PRESS-in məlumatına görə, Ermənistan Silahlı Qüvvələrinin əsgəri Ayrapetyanın ölümünə səbəb olan Simon Mkrtçyan tutulub. Ermənistan Müdafiə Nazirliyi faktı təsdiq edib.
Qeyd edək ki, avqustun 28-də Ermənistan Müdafiə Nazirliyinin N Saylı hərbi hissəsinin döyüş postunda sıravi əsgər Vladimir Ayrapetyan (1995-ci il təvəllüdlü) başından güllə yarası alıb.
Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.