Binəqədi rayonunda yataqxana yanır - FOTO

Paytaxtın Binəqədi rayonunda yanğın qeydə alınıb.

ONA-nın məlumatına görə, yanğın 7-ci mikrorayonda yerləşən yataqxanaların birində qeydə alınıb.

Yataqxanada bir müddət əvvələ qədər məcburi köçkünlər yaşayıb. Onların bir qismi Qobu qəsəbəsinə köçürülüb. Hazırda binada 10-a yaxın ailə yaşayır. Yanğın binanın 4-cü mərtəbəsində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb olunub.

635x100

Şərhlər

Oxucu 2019-05-07 23:02:40

Bunlar haqqın yolunu tapıblar. Həftədə bir yanğın olar? Verəcəklər də ev bir az səbrli olun.

Son yazılar