Afrika ölkəsində hərbi çevriliş oldu

Afrikanın cənubundakı Lesoto krallığında hərbi çevriliş baş verib.

Virtualaz.org saytı xarici KİV-lərə istinadən xəbər verir ki, ordu ölkənin əsas binalarını nəzarət altına alıb, o cümlədən polis idarəsinin binasını tutub. Paytaxt Maseruda atışma səsləri eşidilir. Radiotranslyasiya və telefon rabitəsi kəsilib.

Ölkənin idman naziri Tesele Mazeribeyn bildirib ki, hərbçilər hökumətin yerləşdiyi binalardan birini də mühasirəyə alıblar.

Lesoto Afrikanın cənubunda anklav dövlətdir və dörd tərəfdən Cənubi Afrika Respublikası ilə əhatə olunub. 1966-cı ildə Britaniyadan müstəqilliyini elan edib, o vaxtdan ölkədə müntəzəm olaraq hərbi çevrilişlər baş verir. 1970, 1986 və 1991-ci illərdə Lesotoda ordu hakimiyyəti ələ alıb. Ölkədə cəmi bir dəfə - 2002-ci ildə insidentsiz seçki keçirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar