MUSABEKOVUN “BÖYÜK İFŞASI”... - “Popkorn deputatlığı”

Azərbaycan Milli Məclisinin üzvü, Azərbaycanın dövlət büdcəsindən maaş alan, nəhayət, özü də təmiz azərbaycanlı olan hörmətli deputatımız Rasim Musabəyov “Расим Мусабеков” kimi qeydiyyatdan keçirdiyi öz “feysbuk” səhifəsində qadasın aldığımız rus dilində (!) bir status və şəkil paylaşıb - təbii ki, ruslar üçün yox, bizim üçün...

Deputatın yazdıqlarından və şəkildən belə məlum olur ki, şəhərdəki yeraltı keçidlərin birində qarşılaşdığı mənzərə onun vicdanını bərk sızladıb. Başa düşüləndir, zarafat deyil – bir uşaq icazə almadan keçiddəki elektrik enerjisindən istifadə edərək, vergi ödəmədən(!) popkorn satır. Deputat deyir ki, məmurlar hara baxırlar, niyə tədbir görülmür, niyə bizi qonaqların yanında biabır edirsiniz və sair. Halaldır, vallah! Bax, budur əsl vətəndaş mövqeyi! Doğrudan da Azərbaycanda heç bir deputat bu talançılığa, bu soyğunçuluğa, bu israfçılığa dözməzdi, amma Rasim müəllim dağdır ki, gözü ilə görüb, amma dözüb!

İndi isə zarafatı bir tərəfə qoyaq. Görəsən, bizim millətin günahı nədir ki, başına bu işlər gəlir? Beləmi olmalıdır bu millətin vəkili? Doğrudur, keçidlər təmiz saxlanmalıdır, küçə ticarəti olmamalıdır və sair. Amma adam soruşmur ki, bu yetkinlik yaşına çatmayan uşaq nəyə görə yerin altında bir tikə çörək üçün saatlarla ayaq üstə durub, qəpik-quruş qazanmalıdır, niyə məktəbdə deyil, görəsən dərdi, problemi nədir, ailəsi hansı vəziyyətdədir? Demir ki, Bakının bazarlarında, küçələrində belə uşaqlar yüzlərlə, minlərlədir! Demir ki, bu uşaqları küçələrdən yığıb, onların problemlərini həll etmək, məktəbə, təhsilə yönəltmək lazımdır.

Axı zəhmət çəkib öz dilində yazmağı belə rəva görməyən, əvəzində adını millət vəkili qoyan bir adam özünə bəlkə də evində kimlərinsə çörəkpulu gözlədiyi uşaqdan az qala “danos” yazmağı necə yaraşdıra bilir? Guya Расим Мусабеков(!) bilmir ki, o uşaq nəinki yandırdığı işığın pulunu, hələ əlavə haqq da verməsə onu orada bir dəqiqə də saxlamazlar? Axı nəyi qoyub, nəyi axtarır bu deputat? Sanki böyük bir korrupsiya layihəsini ifşa edib, hələ “au...” da deyir. Görəsən, dövlətin malını, büdcəsini çapıb-talayan, yaratdıqları şirkətlərdə milyonları vergidən yayındıran məmur-oliqarxlara da “au...” deyə bilərmi, cürəti çatarmı?

Deputat deyir ki, belələri bizi xarici qonaqların qarşısında biabır edir. Əslində, xarici qonaqların, dünyanın qarşısında bizi necə seçildiyi bəlli olmayan (Sözgəlişi belə yazıram, hər şey bəllidir-C.M.), seçicilərin böyük əksəriyyətinin illərlə üzünü görmədiyi, tanımadığı bəzi deputatlar, 700 manat rəsmi maaş alıb, 7 arxa dönənini milyonçuya çevirən məmurlar daha çox biabır edir.

Ümumiyyətlə, bizi xaricilərin qarşısında biabır edən o qədər səbəblər var ki... Həmin o uşaq parlamentdə və müxtəlif vəzifələrdə oturan yoğun kişilərin çoxundan fərqli olaraq, halal çörək qazanır.

Yeraltı keçiddən popkorn qoxusunun gəlməsi faciə deyil, amma ailəsi çörək puluna möhtac olan uşağa sahib durmaq əvəzinə bir millət vəkilinin onu az qala cinayətkar, talançı kimi təqdim etməsi, onun mövcudluğundan utanması(!) faciədir! Bəzi sosial şəbəkə istifadəçiləri hətta fotodakının qız uşağı olduğunu bildirirlər. Əgər belədirsə, onda ümumiyyətlə soyadında "bəy" sözü olan bu adama deməyə söz qalmır. ..

Bədbəxtçilik ondadır ki, bu təfəkkürün sahibləri bizi ermənilərə qarşı ideologiya müharibəsində təmsil edirlər, daha doğrusu etməlidirlər. Elə bu təmsilçiliyin nəticəsi də göz önündədir və bu nəticə heç də sevindirici deyil. Hələ bu adamlardan millətin gələcəyini, firavanlığını təmin edən qanunlar, əməllər də gözləyirik...

Mixail Bulqakovun “İt ürəyi” əsərində məşhur bir ifadə var: "Bizim ölkənin bədbəxtçiliyi ondadır ki, dərman qəbul etməli olan adamlar qanun qəbul edirlər..."

Cəlal MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

murad 2019-05-08 19:20:03

RASİMÇİK MAMA CANI EYİB OLSUN SƏNƏ

Vətəndaş 2019-05-08 19:20:03

Musabəyovu nahaq yerə danlayırsınız. 20 ildən artıqdır ki,MM-ə Mirzəzadə, Hadı, Siyavuş, Fızail və bunların tayı olanları yapışdıranlarda günah axtarmaq vacibdir.Heç olmasa bundan sonra normal seçki keçirib həqiqi millətin vəkilləri MM-də olsa xalqın vəziyyəti və qurtuluşu üçün ciddi işlər görülər.Mllətin vəkili seçki keçirilən ərazinin adamı olmalıdır ki,heç olmasa rayonu,kəndləri tanısın,ünsiyyətdə olsun,onların dərd sərini bilmiş adam olsun və rayondan təqdim olunsun.

Mehman 2019-05-08 19:20:03

Seçici səslərinə ehtiyacı olsaydı belə danışmazdı.

Tahir Həmidov 2019-05-08 19:20:03

Müəllimə adlı şərhçiyə müraciət dirəm: hörmətli xanım,heç kim, o cümlədən dediyiniz Allah bizə kğmək olmayacaq.Biz ukraynalılar, qonşularımız gürcü və ermənilər kimi həmrəy olub YAP hakimiyyətindən qurtulmalıyıq. Gələcək nəsillərimizi olduqca acı tale gözləyir!!!

Müəllimə 2019-05-08 19:20:03

Hə ay mənim əzizlərim.bir şeyi bilirəm ki,toxun acdan xəbəri olmaz.Rasim müəllim ömrü də bir dəfə piyada yol gediv ondada bir ailənin çörəyi ə bais olub.bəli nöqsanlar "n" qədərdir.bir dəfə dəvəyə deyirlər ay dəvə boynun əyridir.dəvə deyir haram düzdürki? Allah bizə kömək olsun. Biz o qədər dözümlü xalqıq ki..

EJDER 2019-05-08 19:20:03

BOW BOW REQEMLERLE,OLMAYAN INKIWAFLA,YALANLARLA CAMAATI ALLATMAQLA MEWQUL OLAN BU CUR NATEMIZLER MUTLEQ CEZALANACAQLAR.BU ANALOQU OLMAYAN HOKUMET UWAQ PULUNU DA YEYIR.. GOP CULAR...

Oxucu 2019-05-08 19:20:03

Bu Rasim Musabekov necə deputatdır və bir dövlət xadimi kimi xalqın hansı işinə yarayıb ? Bu barədə danışmaq fikrim yoxdur. Ancaq onun sözündə bir həqiqət var ki, çörək pulu qaznmaq üçün antisanitariya şəraitində qida məhsulları satıb digər insanların sağlamlığına zərər vurmaq da düzgün əməl deyil. Musabəyov tanınmış adamdır və onun işlətdiyi tərs bir ifadəyə bu qədər reaksiya verilir. Ancaq uşağı o keçiddə istifadə edən, pul qazanmaq üçün min hoqqadan çıxan , onun adından məktub yazdıran (məktəb üzü görməyən uşaqın yazdığı məktub bədii sənət əsəri qədər mükəmməldir) ,azyaşlı uşaqlara mənşəyi məlum olmayan cürbəcür keyfiyyətsiz qida məhsulları satdıran yaramazlar haqqında kimsə danışırmı? Küçələrdə az qala transformator yağında bişirilib satılan "peraşkiləri" və onun yatatdığı üfunəti duymuruqmu,ğörmürükmü? Mən nə deputat deyiləm nə də məmur,adi bir mühəndisəm və çətin durumda olan uşağın halına da acıyıram.Belə ailələrə aidiyyatı qurumlar yardım etməlidir. Daha yazıq deyib nəzarətsiz qoymaq düzgün deyil.

Turançı 2019-05-08 19:20:03

Neynəsin bədbəxt ölkəni talayan oliqarx akulalara qarşı qorxudan səsini çıxarda bilmir.Gücü kasıb təbəqəyə çatır.Ona sual verən niyə yoxdur ki,milyardlarla ölkənin büdcəsini talayanlara qarşı mübarizə aparmırsan kasıb ailələrə gözün açılır.Belə də fikirləşəndə onu da qınamıram bizim millətin bir xüsusiyyəti var küllü miqdarda olanları görmürük xırda məsələlər gözə tez çarpır.Sual etmək lazımdır altı da üstü də zəngin ölkənin vətəndaşları niyə belə yoxsul yaşayırlar???...Bu nəticədir səbəbini tapmaq lazımdır

Oxucu iradi 2019-05-08 19:20:03

Ayib olsun o irasime

Səftər 2019-05-08 19:20:03

C.Cabbarlının Sevil pyesi ilə tanış olanların yadına gələr:pul Balaşı o qədər qudurdur ki,doğma atası,qaynatasını qonaqlara olduqları qiyafədə göstərməyə utanır,atasına ölünün əynindən çıxarılmış frak geyindirir ki,"obrozovonski"görünsun.Şərikli çörək filmində isə aclıq ilində su satan uşağı ağsaqqal evinə aparır,utanmasın deyə bir bəhanə tapıb yemek verir.Bu olsaydı vedrəni uşaqdan alıb içindəkini Azərsuya verərdi.Dəvə dəlləklik edər köhnə hamam içində

Əli 2019-05-08 19:20:03

Çox maraqlıdır onsuzda hamı bilir ki bunları xalq seçmir bunları bu tipdə olanları kimsə təyin edir .Maraqlıdır ki bunları haradan tapırlar kimə nəyə lazım olan adamdır bu .Bunları bura qoyan adamın bizə niyə yazığı gəlmir?Mən inanmıram ki buna kim sə səs verib.Biz nə vaxt bunlardan azad olacağıq

T.Q. 2019-05-08 19:20:03

Əllərinizə sağlıq, Cəlal bəy!

alı 2019-05-08 19:20:03

Bədbəxçiliyimiz ən başlıca səbəblərindən biri də budur ki,illərdir belə bir səviyyəyə, daha dogrusu səviyyəsizliyə sahib olan birindən ölkəmizin, Qarabagımızın taleyi ilə baglı siyasi çərənnəmələri dinləyir, güman edirik ki, yəqin nəsə agıllı bir söz deyir.Bu İrasim qeyd olunan məsələyə bu qədər rəzil yanaşma yapırsa day onda düşünün ki, bu kimdir və nədir?!! Öl, boyunu yerə soxum İRASİM. Heç olmasa xalqın başı çıxdıgı məsələlərə burnunu soxma, sus ki, özünə qarşı millətdə ikrah hissi yaratma.

coni 2019-05-08 19:20:03

bu hansi rasimdir Azerbaycan dilinde yarimçiq danışan və şkurasını musavatdan yap-a dəyişən rasim?

Famil 2019-05-08 19:20:03

Ehsen!Meqalelrinizi oxuyuram ve cox beyenirem!

turan 2019-05-08 19:20:03

Edasi adam yixan,ozunden razi,elmi,bacarigi ve istedadi ise yalniz rus dilini bilmek olanlarin tipik numayendesi.

Kəmaləddin 2019-05-08 19:20:03

Məqalə bəyəniləndir.Ancaq təkcə Musabekov olsaydı dərd yarı idi.Deputatxanada xalqın vəziyyəti ilə maraqlanan,1991-2019 illər ərzində Milli Məclisdə binsanlara rifah və sosil imkan verən bir dənə də olsa qanun qəbul edilibmi? Varsa,göstərin.Müavinətlər,pensiyalar it günündə,işsizlik,bacarıqlı müəllim,elm adamlarının ölkədən xaricə axını,sənayenin tənəzzülü, importdan asılılıq, bahaçılıq, rüşvət, , korrupsiya və s. baş alıb gedir. Qanunlar qəbul olunur,işlək mexanizm işlnilmir.Deputatların maaşı...?

yalçın 2019-05-08 19:20:03

ən böyük günahkarlar sırasında onun və səmədoğlu kimiləri müsavat üzvü edənlər durur..

Etibar 2019-05-08 19:20:03

Rasim Musabəyov,digər məmurlar kimi .... yaxın çevrədəndir.Onun qaynatası Abbas Zamanov Heydər Əliyevlə SSRİ dövründə KQB-də işləyib.Rasim Musabəyovun bacanağı isə "daim səfir" Tamerlan Qarayevdir.Odur ki,Rasim kimi məmurlar yalnız şəxsi mənafeləri üçün hakim ailəyə baş əyirlər.Onlar Millətin vəkili yox, düşmənidirlər.

Mux 2019-05-08 19:20:03

“Bizim ölkənin bədbəxtçiliyi ondadır ki, dərman qəbul etməli olan adamlar qanun qəbul edirlər…” mən belə deməzdim. Belə daha düz olardı=Nəvə, nəticələri ilə oynayan, uşaq ağlında olan altlarında pampes gəzdirən insanlar MM-də qanun qəbul edirlər.= Bax biz ona gore bu gune qalmisiq.

Keçmiş bakılı 2019-05-08 19:20:03

Hörmətli C.Məmmədov, yuxarıdan seçilən samballı MVnin hambala iradına irad bildiribsiniz. Axı, biz baş aşağı millətik. İşgalcıları Beynəlxalq mwhakimə etmir, gözləməklə daha geniş "kultural" genosid imkanı yaradırıq. Kilometrlərlə lüzumsuz hasarlara, hədsiz uca binalara, dənizə tökülən və xaricə axıdılan milyardlarra görə MM və NK çoxdan istefa verməliydilər.

Son yazılar