"QARŞIMIZDA HƏM DƏ RUS ƏSGƏRİ DAYANIR..." -  Sabiq nazir Rusiyaya qarşı siyasət aparmağı təklif edir

"Açıq şəkildə deyirlər ki, biz torpaqları azad edən deyilik, onda danışıqlar nəyin ətrafında gedəcək?"

Erməni tərəfinin mövqeyi danışıqlar yolu ilə torpaqların azad olunmasına heç bir ümid yaratmır. Bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov musavat.com-a açıqlamasında bildirib. Keçmiş nazir hesab edir ki, indiki durumda rəsmi Bakı Rusiya ilə danışmalıdır:

“Danışıqlar olmayan yerdə təbii ki, güc yolu və müharibə məsələsi gündəmə gəlir. Bununla əlaqədar olaraq ilk növbədə Rusiya ilə ciddi danışıqlar olmalıdır, təxminən bu mövzular ətrafında: siz bəyan etmisiniz və sənədlər var ki, Ermənistan sizin tərəfdaşdır və ona dəstək verəcəksiniz. Amma orada bəyan olunub ki, siz bu ölkəni xarici təhlükələrdən qoruyacaqsınız. Siz onu da bəyan etmisiniz ki, Ermənistan-Azərbaycan münaqişəsi sülh yolu ilə həll olunsun və oradakı erməni əhalinin statusu bu və ya digər şəkildə müəyyənləşsin. Lakin Paşinyan hakimiyyətə gələndən sonra bəyan edib ki, Dağlıq Qarabağın ətrafındakı rayonlar və orada etnik təmizləməyə məruz qalan ərazilər indi birmənalı şəkildə ya Ermənistana, ya da qondarma quruma ”birləşdirilib", bu ərazilərin azad olunması mümkün deyil. Yəni biz bu istiqamətdə danışıqlar aparmayaq. İndi biz sizdən soruşmaq istəyirik, siz hərbi qüvvələrinizlə ermənilərin gün-gündən böyüyən və artan ambisiyasının arxasında dayanacaqsınız, ya yox? Bu suala Rusiyanın cavabından sonra bu və ya digər addımlar atılmalıdır".

T.Zülfüqarov bildirib ki, Paşinyan, ya Sərkisyanın Şuşaya gəlib-gəlməməsindən daha ciddi məsələ var: “Orada Ermənistanın işğalçı ordusu var. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bundan artıq kobud pozuntusu halı baş verə bilməz. Azərbaycan vətəndaşlarının etnik təmizlənməsi siyasəti həyata keçirilib.

Ermənilərin heç vaxt yaşamadığı rayonlarda belə, total etnik təmizləmələr aparılıb. Digər məsələlər işğalçının anneksiya siyasətinin davamıdır. Ona görə yuxarıda dediyim məsələlərlə bağlı suallara ciddi şəkildə cavab verilməlidir. Rusiyadan soruşmalıyıq: əgər siz Ermənistanın anneksiya siyasətini dəstəkləyirsinizsə, onda vasitəçi ola bilməzsiniz. Siz onu dəstəkləyirsinizsə və onun hərbi qarantı olursunusa, onda biz öz işimizi bilək. Yəni kiminləsə dostluq edək, kiminləsə müttəfiq olaq. Bu, artıq bizim işimizdir.

Biz artıq bilməliyik ki, bizim qarşımızda təkcə erməni əsgəri yox, həm də rus əsgəri dayanır. Əgər belədirsə, onda biz buna uyğun olaraq, Rusiyaya qarşı öz siyasətimizi aparmalıyıq. Hər halda, bu, məntiqi addımdır. Rusiya deyir torpaqlar azad olunmalıdır. Amma Ermənistan deyir, azad etmirəm. Onda bu vəziyyətdə biz nə etməliyik? Rusiya özü Çeçenistanda güc tətbiq etdi. Yaxud Fransa öz qoşunlarını Malidə yerləşdirib. Əgər hər şey danışıqlarla həll olunsaydı, onda siz niyə güc tətbiq edirdiniz? Siz də illərdir deyirsiniz gözləyin, ermənilər ağıla gələcək. Axı ağıla gəlmirlər, torpaqlarımızı azad etmirlər. Açıq şəkildə deyirlər ki, biz torpaqları azad edən deyilik. Azad etmirlərsə, onda danışıqlar nəyin ətrafında gedəcək?

635x100

Şərhlər

EJDER 2019-05-08 13:52:17

HE HANI LAZIM...LAZIMDIR KI,LAZIMI CAQIRSIN.GELSIN BU LAZIM.QAJQINLARIN SAYI 2 MILYON OLUP,HAMIDA EV ,IW TELEF EDIR.30 ILE YAXINDIR KI,LAZIM TAPILMIYER.IREVANDA SAMAVAR QAYNATMAQIN VAXTI GELIF...HAYDI ,CAQITIN ,LAZI MI...IRELI,YA ALLAH

Cəmşid Dərələyəzli 2019-05-08 13:52:17

Cənab nazir bəyəm ermənilər ağılsız idilər ki ağıla gəlsinlər. İknincisi biz ermənilərlə qaarşı-qarşıya dayanmamışıq Bəli biz Rusiya ilə qarşı-qarşıyayıq.Üçüncüsü ATƏT üçlüyü yaranandan deyirik Azərbaycan bu barədə məsələ qaldırıb bu farmatdan imtina etməlidir. Xüsusən də Rusiya və Fransadan Bu farmatda Türküyə yer almalıdır.Dördüncüsü biz daima ermənilərin Qarabağda tikan üztündə oturmalarını partizan hərəkatı ilə təmin etməliyik. Biz heç nə etmirik Guya ermənilər yola gələcək Bu yolla torpaq qayıtmayacaq

Hafiz 2019-05-08 13:52:17

QARŞIMIZDA HƏM DƏ RUS ƏSGƏRİ DAYANIR-müraciət "yuxarılar"adır. Sadə azərbaycan vətəndaşı nə edə bilər?... .

T. Zufuqarova 2019-05-08 13:52:17

Dağlıq Qarabağ məsələsinin həllində özümüz öz qarşımızda dayanmışıq.Bizimkilərə işğal olunmuş rayonlar və DQ lazım deyil.Bizim kilərə neft,qaz,qızıl və digər gəlir gətirən sahələr lazımdır.Əsrin müqaviləsi 2050-ci ilə qədəe uzadıldı.Deməli 2050-ci ilə qədər müharibə edə bilmərik.Çünki BP və digər şirkətlər buna imkan verməzlər.Ona gorə ki,o şirkətlərin təmsil olunduğu ölkələr DQ və işğal olunmuş rayonların ermənistana verilməsini istəyirlər.Bir gün ABŞ DQ Ermənistan ərazisi kimi tanısa heç təəccüblənməyin.

Alazan Saftarov 2019-05-08 13:52:17

Sebr edin az qalib .tezlikle Ruslarin dagilmish dovletinde yeni dovlet qurub .Ermenleride mehv edeceyik sadece sebr edin

Yengibar 2019-05-08 13:52:17

Davamı... Sözsüz ki, bununçün möhkəm birlik, xalqın səfərbərliyi əsasdır.Amma, bu gün Beynəlxalq bankdan 81 milyard oğurlayanlar, büdcəni talayanlar,korrupsiya, rüşvət hesabına genələnlər,yerli məmurların insanlara münasibəti,bu əməllərdən narazı qalanlar, xalası, dayısı erməni olanlar, çoxlu faktorlar var.Bu gün radioda dedilər ki, Şuşanın işğalında 260 nəfər şəhid vermişik.Bu heç 1 ildə avtoqəzada ölənlərin sayından da azdır. Amma, torpaq uğrunda 2 milyon da verməyə dəyər, elə lap 5 milyon da!

Yavər 2019-05-08 13:52:17

Tofiq müəllim əvvəlcə bu suallrı Putindən orden medal almış Azərbaycanın yüksək vəzifəlilarinə göndərsin və onların Rusiyaya xidmət edə-edə AZrbaycanda vəzifə tutmalarına irad bildirsin.Görünmürmü ki, bizim bezi memurlar Rusiyanın ətəyindən yapışıb,Avropadan,Amerikadan uzaqlaşıb.Niyə indiyə qədər həmsədrlərdən imtina edilmir?Axı onların tam ikisi ermənistan tərəfidir.Burada nə həll ola bilər?Bizim yetkililərin məsələni Azərbaycanı qane edən istiqamətdə düşünməsi və planlı hərəkət etməsinə ehtiyac vardır.

Lədalət-ə 2019-05-08 13:52:17

Doğru!Bu iqtidarın torpaqlar barədə nə planı,nə hərəkəti görünür.Danışıqlar imitasiya,unutqanlığa yönəlmiş yöndədir.Hələ Qarabağ bir yana,Kəlbəcəri və Laçını ermənilər özəlləşdirib,tikirlər,yollar çəkirlər.Bizimkilər isə susur.Heç olmasa,bu illər ərzində Dağlıq Qarabağdan sonrakı torpaqların məsələsini həll edib,qaçqınları həmin rayonlara yerləşdirmək olmazdımı? Amma edilmir.Niyə? Bu az şey söyləmir. Bunlar isə torpaqlarımızın razılaşma ilə verildiynə dəlalət etdiyini sübut etmirmi?

Yengibar 2019-05-08 13:52:17

Bu gün hətta regiondan kənarda da Rusiyanın həyasızlığı özünü açıq aşkar göstərir.Ukraynada həm torpaq işğalı, həm əhalinin pasportlaşdırılması Rusiyanın imperiya siyasətindən əl çəkmədiyini göstərir.Sirr deyil ki,Dünya bu həyasızlığın qarşısında acizdir.Ən azı həmin pasportu alanlara qarşı dövlətlərin öz ölkələrinə buraxmamaq kimi sanksiyalar tətbiq etmək olardı.Qarabağ da bu oyunların başqa formatıdır.Yeganə həll yolu hər şeyi kənara atıb döyüş paltarı geyib torpaqlarımızın azad olunmasına başlamaqdır.

t.ədalət 2019-05-08 13:52:17

Azərbaycan tərəfi işğal altındakı torpaqları azad etmək istəyənə oxşamır.Əgər biz,doğrudan da Dağlıq Qarabağ və ətraf rayonları düşmənlərdən təmizləmək istəyiriksə,sual olunur,onda niyə anası və arvadı erməni olanları vəzifələrə toplayırıq?Yəni,onlar əllərinə silah götürüb öz dayılarını,xalalarını və nə bilim nələrini öldürəcəklər?

Son yazılar