Ukraynanın sərnişin təyyarəsi qəzaya uğradı - 7 ölü

Əlcəzairdə Ukrayna Hava Yollarına aid sərnişin təyyarəsi qəzaya uğrayıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Əl-Ərəbiyyə telekanalı xəbər yayıb.

Qəza nəticəsində ən azı 7 sərnişinin öldüyü bildirilir. Təyyarə havaya qalxandan 3 dəqiqə sonra naməlum səbəbdən qəzaya uğrayıb.

Hadisə yerinə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Təyyarədə olan digər sərnişinlərin və heyət üzvlərinin axtarışı həyata keçirilir.

Qeyd edək ki, ötən ay Əlcəzair Hava Yollarına məxsus sərnişin təyyarəsi qəzaya uğramışdı. Qəza nəticəsində 116 nəfər ölmüşdü.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar