"AZƏRBAYCANDA EŞŞƏYƏ 40, FƏHLƏYƏ 8 MANAT AYRILIR..." - İnstitut direktorundan ŞOK açıqlama

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova qalmaqal yaradacaq açıqlama ilə çıxış edib.

İnstitut direktoru rəhbərlik etdiyi qurumun qarşılaşdığı problemlərlə bağlı ONA-ya danışarkən deyib ki, arxeoloji qazıntılar zamanı işçi qüvvəsi tapmaqda çətinlik çəkirlər: "Ən böyük problemimiz fəhlə problemidir. Arxeoloqlara beş-altı nəfərdən artıq fəhlə götürmək ixtiyarımız yoxdur. İkinci problemimiz isə fəhlələrə ayrılan puldur. Nazirlər Kabineti tərəfindən fəhlələrə müəyyənləşdirilən məbləğ çox azdır”.

M.Rəhimovanın açıqlamasından məlum olub ki, Azərbaycanda aparılan arxeoloji qazıntlar zamanı eşşəklərə insandan daha yüksək məbləğ ödənilir: "Təsəvvür edin, arxeologiya işləri zamanı işlədilən eşşəyə 40 manat, fəhləyə isə 8 manat ayrılır. Siz özünüz fikirləşin - istidə, bəzi vaxtda qarda, yağışda işləyirlər. 8 manat onları qane edər? Yox. Fəhlə gedib başqa sahədə çalışsa, rahatca 15-20 manat qazanar. Bax, bizim bu problemimiz var”.

635x100

Şərhlər

Qanunpərəst 2019-05-08 20:25:03

Aydın məsələdir ki, sahibsiz eşşəklərin pulunu eşşəklərin özlərinə verirlər və sahibi olanların pulunu isə sahibləri alır. Maraqlıdır, nədən bilirlər ki, bu adam bu eşşəyin sahibidir?

Pensiyaçı hüquqşünas 2019-05-08 20:25:03

Maraqlıdır eşşəyi necə işə götürürlər?

Sadəlöhv 2019-05-08 20:25:03

Mən bir zadı başa düşmürəm, Eşşək pulu necə alır və hara qol çəkir?

Maisə xanıma 2019-05-08 20:25:03

Maisə xanım hələ bilmir ki,biim hökumət heyvansevərdir.Görmürsünüz Səngəçalda itlərə evlər tikilib,normal qidalandırılır,baxım üzrə işçi ayrılıb.Amma insanlara bu qayğı yoxdur.İşsizlik,az müavinat,az maaş,az pensiya,evsizlik və dolanacaq üzündən gənclərimiz evlənə bilmir.Ay Mayisə xanım ax biz yerin altı və üstü qızıl olan ölkədə yaşayırıq.Şikayət edəcək,kömək göstərəcək yerimiz,məsələlərimizi həll edəcək parlamentimiz və hökumətimizin səsi çıxmır.Çünki bunlar talan,soyğun,mənimsəmə ilə məşğuldurlar.

Sayıl Hərifli 2019-05-08 20:25:03

Təbii ki, Eşşək Xəzinədarın 40 manatından(milyardlarından) 8-ni(beşcə milyonunu) adama(işçi-azərbaycanlıya) verib onu azı 5 qat uzağa sürdürə biəcək!? Açması qalır deputata.

galib 2019-05-08 20:25:03

indiki memurlar insanlari eshekden ucuz tuturlar Allah axirini xejr etsin

Müəllimə. 2019-05-08 20:25:03

Allah axırımızı xeyir eləsin...yazıq gündəyik...43 illik əmək stajımla mənē 245 manat 81 qəpik pensiya kəsdilər...heç yerdə işləməyən 180 manat mənsə...r

famil 2019-05-08 20:25:03

sozun bitdiyi yer...dehset

miri 2019-05-08 20:25:03

kiminsə həm.... əməyini yüksək qiyləndirilməsi heç də pis deyil.

Ekspet 2019-05-08 20:25:03

Bax bu əsl inkişafdır.

Son yazılar