Siyasi məhbusların durumu ilə bağlı toplantı keçirilib

Hüquq müdafiəçisi Leyla Yunusun hüquqlarını Müdafiə Komitəsi şənbə günü Ziyalılar Birliyinin ofisində toplantı keçirib.

Komitənin həmsədri Vidadi Mirkamal “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzinin saxlanması, Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyevin oğlunun eyni cinayət hadisəsində zərərçəkən şəxsdən təqsirkar şəxsə döndərilməsi, Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevin barəsində daxili işlər naziri Ramil Usubovun xüsusi ittiham qaydasında iddia qaldırması haqda məlumat verib. Nazir R.Usubovun E.Quliyevi məhkəməyə nazir kimi yox, sıravi vətəndaş kimi cəlb etməsi haqda açıqlamasına toxunulub. V.Mirkamal inzibati resurslardan öz xeyrinə istifadə edə bilməməsi üçün R.Usubovu nazir vəzifəsindən istefa verməyə çağırıb. V.Mirkamal R.Usubovun şəxsində həbs sifarişçisinin iddiaçı şəklində ortaya çıxmasını ilk dəfə gördüyünü söyləyib. Nazirin rəhbəri olduğu sahəni tənqidə görə vətəndaşı məhkəməyə vermək təcrübəsinin ölkə boyu yayıla biləcəyindən ehtiyat ifadə olunub.

Hər üç hadisə ilə bağlı komitənin bəyanat verməli olduğu vurğulanıb. S.Həzinin təxribata çəkilərək həbs olunması müxalif düşüncəli insanlara ölkə miqyasında dözülməz şəraitin yaradılması kimi dəyərləndirilib.

AXCP sədri Əli Kərimli deyib ki, S.Həzinin həbs olunacağı haqda konkret informasiya olsa da nə ölkədən getməyi, nə kənara çəkilməyi, nə də ritorikasını dəyişməyi qəbul edib. Onun fikrincə, Murad Ədiolun həbsi, arxasınca S.Həzinin həbs olunması iqtidarın yaxın hədəfinin “Azərbaycan saatı” verilişini dayandırmaqdır. E.Quliyev barədə nazirin iddiası əsassız sayılıb. Belə ki, şərəf və ləyaqətin konkret şəxsə aid olduğu deyilib, onun abstrakt xarakter daşımadığı nəzərə çatdırlıb. Nazirin bu hərəkəti hüquqi nihilizm hesab edilib.

Komitənin həmsədri Cəmil Həsənli iqtidarın müxalif düşərgə üzərinə yalan, böhtan, qurama ittihamlarla gəldiyini vurğulayıb. Bir il öncə baş verən hadisədə O.Gülalıyevin oğlunun zərərçəkən kimi tanındığı halda bu günlərdə təqsirkar kimi tanınması haqda məhkəməni məzhəkə adlandırıb. Hüquq müdafiəçisi İlqar Nəsibovun Naxçıvanda vəhşicəsinə döyülməsi vaxtilə, XX əsrin 30-cu illər faşist Almaniyasının yəhudilərə tətbiq etdiyi üsul kimi dəyərləndirib. Bu həbslər barədə beynəlxalq qurumların və xarici mətbuatın xəbərdar olduğu deyilib. “Forbes” jurnalı Azərbaycandakı durumu Şimali Koreya diktaturası ilə müqayisə edib.

Vəkil Fuad Ağayev bu həbslərin heç də təkcə Azərbaycan iqtidarının beyninin məhsulu olmadığını deyib. Rusiya BKİ-nin əli olduğunu ifadə edib. İddia edilib ki, bu həbslər Azərbaycanı Rusiyaya “inteqrasiya” etmək üçün “avropayönlü” bütün ictimai-siyasi qurumları sıradan çıxarmaq prosesidir”.

Qərblə-Rusiya arasında gərginlik davam etdikcə bu həbslərə lazimi diqqətin ayrılmayacağı nəzərə çatdırılıb və bu zaman fürsət bulan Azərbaycan iqtidarının həbsləri davam etdirəcəyi kimi bədbin proqnoz səsləndirilib.

Siyasi məhbuslara yardım məqsədilə xeyriyyə marafonunun keçirilməsi məsələsi müzakirə edilib.

Daha sonra vəkillər və komitə üzvləri həbsdə olan siyasi məhbusların müdafiə taktikası ilə bağlı mətbuat üçün qapalı toplantı keçiriblər. /azadlıq.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar