GENERAL 5 RƏİSİ İŞDƏN ÇIXARDI - Səfərbərlik Xidmətində kadr dəyişiklikləri

Mayın 8-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) Prezident İlham Əliyevin bu il fevralın 28-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icrası ilə əlaqədar qurumun aparatının, eləcə də yerli idarə, şöbə və bölmə rəislərinin iştirakı ilə müşavirə keçirilib. 

Müşavirədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində yol verilmiş nöqsanlar təhlil edilib, çatışmazlıqların aradan qaldırılması və gələcəkdə təkrarlanmamasına dair göstərişlər verilib. Şəxsi heyətin Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməsinin, hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməsinin zəruriliyi vurğulanıb, həlli vacib məsələlərlə bağlı konkret qərarlar qəbul edilib.

Müşavirədə kadr dəyişiklikləri həyata keçirilib. Xidmətin Bakı şəhəri Sabunçu və Suraxanı rayon idarələrinin, Cəlilabad, Ağcabədi və Gəncə şəhərinin Nizami rayon şöbələrinin rəisləri tutduqları vəzifələrdən azad edilərək sərəncama götürülüblər.

Müşavirəyə yekun vuran general-leytenant Arzu Rəhimov görüləcək işlər və xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunması barədə tapşırıqlar verib

635x100

Şərhlər

Dırmaçıya 2019-05-08 19:53:28

Ovçu oğulları ona görə çağırılmır ki, bir ovuc Azərbaycana Səfərbər və Hərbi Xidmətə Çağırış xidməti gərək də deyil. Hər rayon yaşı çatmış gənclərin siyahısını çağırış məntəqəsinə təqdim etməli və orada SNnin Tibbi Komissiyası ilə 1-2 həftəyə MN Sərhəd-Hərbi, Daxili-Asayiş, FHN-nə uyğun çağırışçıları seçməlidirlər. Onsuz da dövlətimiz hərbi əsarətə razı kimi 25 ildə heç təcrübi də olsun səfərbərlik elan etməyib?

Araşdırmaçı 2019-05-08 19:53:28

Hörmətli Arzu müəllim, Şəki rayonun Şorsu kənd sakini Nurəhmədov Elnur Ovçu oğlu nə üçün hərbi xidmətə gağrılmır ? Onun hərbi xidmətdən yayınması kəndin gənclərinin vətənə olan sevgisinə öz mənfi təsirini göstərir... Elnur Nurəhmədovun hərbi xidmətə getməsi üçün aidiyyatı üzrə göstəriş verməyinizi və qanunun aliliyinə riayət etməyən məmurlar haqqında ciddi tədbirər görməyinizi Sizdən xahiş edirik..

t.ədalət 2019-05-08 19:53:28

Arzu Rəhimov həkim komissiyasını naxçıvanlaşdırıb.Rayon hərbi komissarlıqlarında ehtiyatda olan yaşlı zabitlərin sənədləri itirilir.Bu komissarı naxçıvanlılara olan sevgisinə görə elə Naxçıvana göndərmək yerinə düşər.İkincisi də pensiyaçı zabitləri işə götürməlklə gənclərin işsiz qalmasına səbəb olur.Bu da ölkədə sabitliyə əngəl ola bilən işsizlikdən narazı qalanların sayının artmasına təsir göstərir..

Son yazılar