POP-CORN SATAN UŞAQDAN DEPUTATA MƏKTUB - "İstərdim nəvələriniz kimi yaşayım..."

Səbuhi Abbasov

Bilmirəm müraciətimi necə başlayım, hardan başlayım, əmi deyim, dayı deyim, deputatmı deyim...

Yüz illik insanın mənəvi yükü indidən məni çökdürüb, dizlərim əsir. Soyuqdan, şaxtadan, aclıqdan deyil, məhz üzərimə vaxtından 50 il qabaq düşən bu mənəvi yük dizlərimi əsdirir. İndi də yeni tapdığım iş əlimdən çıxdı, yüküm ikiqat artdı...eybi yox, birtəhər vəziyyətdən çıxacam. Amma və lakin...

Əziz Rasim əmi, mənim 12 yaşım var, ailəmiz 4 nəfərdən ibarətdir. 6 yaşım olanda atamı itirdim, anam və 2 azyaşlı bacımla kirayə tutduğumuz daxmada yaşayırıq. Sizin iyrəndiyiniz, qəzəbləndiyiniz o iy əslində mənimçün dünyanın ən gözəl ətrindən daha təravətlidir. Çünki o iyə görə mən 2 azyaşlı bacıma, xəstə anama günün sonu yemək alıb apara bilirdim. Mən də istərdim hər şey başqa cür olsun.

Çox istərdim sizin övladlarınız, nəvələriniz kimi bahalı evdə yaşayım, bahalı avtomobildə gəzim, hər gün müxtəlif yeməklər yeyim, geyimlər geyinim, hər gün məktəbə gedim-gəlim, dərslərimi oxuyum, gələcəkdə ədalətli hakim olum…

Amma və lakin...

Atam tikinti şirkətində fəhlə işləyirdi. Bir gün xəbər gəldi ki, atanız yıxılıb, yaralanıb, bir müddət sonra öldü. Sizin Milli Məclisdə qəbul etdiyiniz qanunların gücünü onda gördük. Xəstə atama xəstəxanada yaxın duran olmurdu. Adam elə gözümüzün qabağında can verirdi, 6 yaşım var idi, amma onun ağrıdan, əzabdan çıxardığı səs hələ də qulağımdadır. Sonra sizin qurduğunuz səhiyyə sistemi atama II qrup qan yerinə I qrup qan vurdu, bu azmış kimi sağ ayağı əvəzinə, sol ayağını kəsdilər. Yalvardıq, anam az qala bədənini belə satmağa hazır idi. Atam dünyasını dəyişdi. Az qala atamın ölməsinə görə biz hökümətə pul ödəyəcəkdik, anam evdə nə var idisə hamısını satıb xəstəxanalara tökdü, atama məzar daşı düzəltdi.

Rasim əmi, onda bacılarımın birinin 1, digərinin 2 yaşı var idi. Heç nə başa düşmürdülər, anam isə şok vəziyyətində idi. Mənim 7 yaşım tamam olacaqdı, 1ci sinifə gedirdim. Dilənmək, nə də anamı diləndirmək istəmirdim. Elə bil kimsə qulağıma nəsə deyirdi, möhkəm ol, sən kişisən deyə pıçıldayırdı. Bəli, məktəbi atdım, ailəm üçün, anam, bacılarım üçün dolanmaq məcburiyyətində qaldım. İndi 12 yaşım var, demək olar hər ay bir işdə işləyirəm. Azyaşlı olduğuma görə heç kəs məni işə götürmür. Amma bəzi vicdanlı adamlar pop-corn kimi "üfunət” iyi verən aparatları mənə etibar edir, 10 saat işlədib, 5-10 azn gündəlik pulumu qazanıram. Dörd nəfərli ailə üçün azdır, ancaq yoxa lənət, buna min şükür. Amma mənim səbəblərim bununla bitmir axı...Dəfələrlə təhsilimi davam etdirmək istədim. Amma və lakin...

Anam dedi ki, bizim kimi ailələrə dövlət sosial yardım verir, onu alaq, sən də məktəbini davam elə, bacın da birinci sinifə getsin. Razılaşdıq, anamla üz tutduq Sosial Müdafiə nazirliyinə. Rasim əmi, sizin deputat kimi əməyinizin nəticəsində qurulan sistemə görə biz yardımı da ala bilmədik. Anamın təhsili yoxdur, mən isə 12 yaşlı uşaq. Nazirlik sosial yardımla bağlı o qədər sənəd istədi ki, düşündüm ki, ömrümün axırına qədər də çalışsam bu sənədləri bir araya gətirə bilmərəm.

Dərin fikrə dalmışdım ki, birdən bir dayday içəri girdi, bahalı avtomobillə gəlmişdi, filan deputatın qohumu mənəm deyib, 20-dən çox bank kartını götürüb getdi. Yanında elə mən yaşda uşaq vardı, hər şey cəhənnəm, həmin an ən böyük arzum uşağın əlindəki sendviçdən biraz da olsa dadmaq idi. Səmimiyyətimə tam inanın, bəlkə də o dayday sizin qohum idi, bəlkə də yox, ola bilsin o, 20 kartdan biri mənim haqqıma düşən idi, bu mənə heç maraqlı deyildi. Sadəcə uşağın əlindəki sendviçdən istədim, özümçün də yox, bacılarım üçün, axı yazıqlar sonuncu dəfə ət nə zaman yeyiblər özləri belə bilmirlər.

Böyük bacım ötən il 1-ci sinifə getməli idi. Bir neçə aydan sonra onu da məktəbdən çıxardım. Elə bilməyin ki, gücsüzəm, ona paltar və ya sumka ala bilmirəm, xeyir, əksinə. Sadəcə sizin parlamentdəki əməli fəaliyyətiniz nəticəsində təhsil sistemimiz çöküb, işləmir, tam rüşvətləşib.

Məktəb 100 adda pul yığır, fond pulu, süpürgə pulu, işıq pulu, su pulu, qaz pulu, 8 mart pulu, novruz pulu, yeni il pulu, müəllimlər günü pulu və s və ilaxır. Bunları çatdıra bilmədim deyə çıxardım məktəbdən.Üstəgəl sizin parlamentdəki yüksək fəaliyyətinizdən dolayı təhsilimiz intihar moduna keçibdir. #Elinadan sonra növbəti qurbanın bacım olmasını istəmədim. Sonu nə olacaq bilmirəm. Axı siz də pop-corn iyini qəbul etmirsiniz...

Anam indi xəstədir, atam rəhmətə gedəndən sonra küçələri süpürməyə başladı. Son 3 ildə 2 dəfə anamı avtomobil vurub. Bir dəfə Range Rover, bir dəfə də Gallenwagen, hər ikisinin sürücüsü maşından düşüb anama "korsan, hara baxırsan” deyib və yoluna davam ediblər. Xəstəxanada polislər anamın üstünü elə kəsdirdilər ki, qorxduq, hər 2 oliqarx sürücüdən maşınlarına vurduğumuz ziyana görə üzr istədik. Sağ olsunlar, bizi bağışladılar, biz də bir daha onların avtomobillərin altına girməyəcəyimizə söz verdik. Sizin parlament bizi bu günə qoyub, Rasim əmi...

Elə bilirsiniz Sizin dediklərinizi mən başa düşmürəm? Elə bilirsiniz mənim arzularım yoxdur? Elə bilirsiniz qışda, Bakının ağır küləyində gündə 10-15 saat küçədə işləməkdən zövq alıram? Elə bilirsiniz sizlərə görə işsiz qalıb evə qayıdanda bacılarımla ac qarına qucaqlaşıb nəfəsimlə onları doyuzdurmağım mənə xüsusi zövq verir? Bəli, biz fərqliyik. Çünki mən nə uşaqlığımı yaşadım, nə də yeniyetməliyimi yaşayıram. Mənimçün ən böyük problem şikəst anamı və 2 azyaşlı bacımı qida ilə təmin etməkdir. Bilirəm, vaxt gələcək qova-qova məni ölkədən də çıxardacaqsınız, amma vətənimin dar günündə mən yenidən geri qayıdacam...Bir də, heç vaxt nəvələrinizə deməyin ki, pop-corndan pis iy gəlir, heç olmasa onlar gələcəkdə kimisə çörəksiz qoymasınlar!

İmza: Pop-corn satan azyaşlı

635x100

Şərhlər

saxavat 2019-05-08 22:40:48

Bir qrup milyardl;ar icherisinde chox faiz ehali dilenir Kimdir gunahkar?................................?

EJDER 2019-05-08 22:40:48

EH,PADLA QEZENFERIN ..... ,ANCAQ BUNU GOZLEMEK OLARDI.BUNA WEREF ORDENI DUWUR.BU ANALOQU OLMAYAN HOKUMET GUYA KI,AZERBAYCAN VETENDAWININ YANINDADI..... BES CAMAATI KIM ALLADER...

Tofiq 2019-05-08 22:40:48

Rasim ... insadi

Mirzə AĞ 2019-05-08 22:40:48

Görüm, hamınızı lənətə gələsiniz! ... Haramınız olsun, Azərbayçanın taladığınız sərvəti! İnsanlar aclıq içində, siz isə maşın sürmək yarışına çıxıbsınız... А кто такой Мусабеков? Мелкайа сошка!!!

Azəri 2019-05-08 22:40:48

HARIN VƏ CAHİL BİR ANTİ MİLLƏT VƏKİLİ SİMASI........................

Semed 2019-05-08 22:40:48

Rasim müəllimə bir arzum var balaların o uşaqın qunune dussun

Corc Oruel 2019-05-08 22:40:48

Adam üzr isdəyəcək bu yazıdan sonra.....yəqinki.

t.ədalət 2019-05-08 22:40:48

Bəli,Azərbaycanda YAP-çı olmayanların hamısı ehtiyac məngənəsində əzilir.Ehtiyac içərisində yaşayanların Allahı bir gün onların haqqını yeyənlərin cəzasını verəcək.Həqiqətən verəcək!

Ateş 2019-05-08 22:40:48

Adam dehşete gelir

covanni 2019-05-08 22:40:48

Azərbaycan Cumhuriyətini devirənlərin nəslindən olan,azərbaycan dilində ,, rusca,, danişan ,bir vaxtlar Musavat papagı altında gəzən,hakimiyyət dəyişəndə əqidəsini dəyişən rasim bu məqaləni oxuyub ət tökdümü.heç vaxt inanmaram.

energetik 2019-05-08 22:40:48

Rasim müəllim,"siz nəinki utanmalısız,hətta ölüb yerə girməlisiz".

qazi 2019-05-08 22:40:48

SENI kimi deputatın olduğunan olmadıği yaxşıdır /...

Aslan Gasimov 2019-05-08 22:40:48

Sabah muharibe olanda deputatlarin usaglari muharibeye getmirki, popkorn Satan Usaglar gedirda.Deputatlarin usaglarida lag edir. Esl kishiye yarashmayan hereketdir Siz deputat bize ornek olmalisiz Siz bele hereket edenden sonra biz Ne edek? ?

Son yazılar