Xarici şirkətin işçiləri yaralanıb - Xəzərdə gəmidə partlayış (RƏSMİ)

Bakıda "İsrafil Hüseynov" adına gəmidə baş verən partlayış barədə yeni xəbər var.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, partlayış nəticəsində yaralanan şəxslər arasında xarici vətəndaşlar da var. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.

Xəzər Dəniz Gəmiçiliyinin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev hadisə barədə qafqazinfo-ya deyib ki, "İsrafil Hüseynov" boru düzən gəmisinin borudüzmə zonasında hansısa texnoloji avadanlıqda qəza baş verməsi hadisəsindən xəbərdardırlar: "Gəmi ilə davamlı əlaqədəyik. Heyətdən heç kim xəsarət almayıb. Gəmini hazırda "Saipem” şirkətinə icarəyə vermişik. Qəza baş verən ərazidə həmin şirkətin nümayəndələri çalışırdı. Bütün məlumatlar və ya işçilərin xəsarət alıb-almaması ilə bağlı məlumatları həmin şirkətdən ala bilərsiniz".

***

Xəzər Dəniz Neft Donanmasının "İsrafil Hüseynov” adına gəmisində yanğınla müşahidə olunan partlayış baş verib.

BakuPost.az-adaxil olan məlumata görə, hadisə nəticəsində 13 nəfər yaralanıb.

Məlumata görə, hadisə gəmidə qaynaq işləri aparılarkən baş verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar