Sürücülər 23,1 milyon manat cərimə ediliblər - Yanvar-mart aylarında

2019-cu ilin yanvar-mart aylarında Azərbaycanda yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 10,8 faiz azalaraq 701,6 min olub.

Trend-in məlumatına görə, xətaların 42,4 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,4 faiz az), 11,5 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (1,2 faiz az), 8,3 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (44,3 faiz az), 7,5 faizi dayanma və ya durma qaydalarının pozulması (47,0 faiz az), 4,2 faizi icbari sığorta müqaviləsinin bağlanmaması (15,7 faiz az), 3,8 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (29,0 faiz çox), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

Qaydaların pozulmasına görə 23,1 milyon manat məbləğində cərimələr tətbiq edilib.

WhatsAppFacebookFacebook MessengerTwitterShare

635x100

Şərhlər

Mirzə AĞ 2019-05-08 22:16:08

Total cərimələr ölkəsi!

Oqtay 2019-05-08 22:16:08

Əlbətdə ki 20% ciblərinə gedir axı onun üçün bol bol yazırlar Bundan 1 milyonu onlara maaşdan əlavə olur

t.ədalət 2019-05-08 22:16:08

Bizə hər yerdə tələ qurublar.Azərbaycanın iş yerləri məlum zonanın və erməni ilə bulaşıq qanlıların ixtiyarındadır...Digər azərbaycanlılar üçün Vətən həbsxanaya çevrilib......Məhkəmələr də pula işləyir.Amma hara kimi?Allahdan başqa əbədi heç nə yoxdur.Allah bizi zalımın və rus casuslarının şərindən qorusun!

Son yazılar