Qəzzada ölənlərin sayı üç minə çatır

İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda yaralanan 2 fələstinlinin ölməsi ilə iyulun 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 2147-yə çatıb.

Axar.az xəbər verir ki, Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudranın “Anadolu Agentli”yinə verdiyi məlumata görə, İsrailin Qəzzaya hücumları nəticəsində ağır yaralanan Məhəmməd Xəlil əl-Masavabi (23 yaş) dünən ölüb.

Rifah şəhərində evinə təşkil edilən hücumda ağır yaralanan və Misirdə müalicə alan Vedad Əbu Zeydin də (65) xilas oluna bilmədiyini deyən Kudra İsrailin iyulun 7-dən başlayan və atəşkəsin elan edildiyi vaxta (avqustun 26-sı) qədər davam edən hücumlarda ölənlərin sayının üç minə yaxınlaşdığı qeyd edilib.

Xatırladaq ki, Misirin vasitəçiliyi ilə Qahirədə təşkil edilən atəşkəs görüşlərində İsraillə fələstinli qrupları arasındakı razılaşma çərçivəsində çərşənbə axşamı, avqustun 26-da saat 21:00-da tərəflər arasında uzunmüddətli atəşkəs qüvvəyə minib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar