Mərkəzi Bankın binasını kim sığortaladı?

Azərbaycan Mərkəzi Bankının (AMB) əsas vəsaitlərinin, nağd pulun və nəqliyyat vasitələrinin (kasko) sığortalanması məqsədilə elan edilmiş açıq tenderi başa çatıb.

«Azsığorta» şirkətindən fins.az-a bildirilib ki, Tender Komissiyasının qərarına əsasən, «Azsığorta» əsas vəsaitlərin sığortalanması üzrə açıq tenderin qalibi elan olunub.

«Azsığorta» öz xidmətlərinə 2015-ci il yanvarın 25-dən başlayacaq.

Şirkətdən verilən məlumata görə, daşınmaz əmlakın sığortası üzrə xidmətlərə AMB-nin əsas binasının sığortalanması da daxildir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar