"Rusiya ilə həll edilməmiş ərazi məsələmiz qalır" - Estoniya XİN başçısı

“Estoniya ərazisinin 5,2 faizi indiyədək Rusiyanın əlindədir, ikili standart olmamalıdır”.

“Report” RT-yə istinadla xəbər verir k, bunu Estoniyanın xarici işlər naziri və Mühafizəkarlar Xalq Partiyasının sədri Mart Xelme bildirib.

Onun sözlərinə görə, Rusiya ilə Estoniya arasında həll edilməmiş ərazi məsələsi qalır: “Estoniya ərazisinin 5,2 faizi indiyədək Rusiyanın əlindədir. Rusiya həmin ərazini nə geri qaytarır, nə kompensasiya verir, nə də, ümumiyyətlə, bu məsələni müzakirə edir”.

Nazir qeyd edib ki, Estoniya bu məsələni beynəlxalq hüquq çərçivəsində dinc yolla həll etməyə hazırdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar