PUTİNİN DOSTLARI VƏ RUSİYANIN TALANMASI – “800 milyard oğurlanıb, 100-160 milyardı Putindədir...”

2000-ci ilin yanvarında Davos ümumdünya iqtisadi forumunda amerikalaı jurnalist Trudi Rubin rusiyalı nümayəndələrə mühüm bir sual vermişdi: “Cənab Putin kimdir?” Ruslar müdrikcəsinə davranaraq, susmuşdular...

Putin özünün birinci prezidentlik müddətində hakimiyyəti tam əlinə keçirdi, Rusiya bazar iqtisadiyyatı heç zaman olmadığı kimi saz işləməyə başladı.

İkinci prezidentlik müddətinə yaxınlaşanda Putin “YUKOS” neft şirkətinin rəhbərini - Rusiyanın ən varlı adamı Mixail Xodorkovskini 25 oktyabr 2003-cü ildə həbs etdirdi. Bu həbs Putinin ikinci prezidentlik müddətinin necə olacağını öncədən xəbər verirdi. Xodorkovskinin həbsinin ardınca “YUKOS”-un mülkiyyəti müsadirə edildi. Ancaq digər iri biznesmenlər susmağa üstünlük verdilər.

Putinin ikinci prezidentlik müddətinin məğzi dövlət kapitalizmidir. Putini nə dövlət şirkətinin gəlirliyi, nə ictimai dəyərlər və nə də səmərəli idarəetmə qayğılandırmırdı. O, yalnız öz etibarlı tərəfdaşları vasitəsiylə nəzarəti ələ keçirməyə cəhd göstərirdi. “Qazprom” şirkətinin bazar dəyəri 2008-ci ilin mayındakı 369 milyard dollarlıq maksiumum göstəricidən indiki 60 milyardlıq dəyərə kimi aşağı düşüb. Amma bütün bunlara baxmayaraq, şirkətin baş direktoru Aleksey Miller öz vəzifəsini saxlayıb. Bu isə onun Putin tərəfindən dəstəkləndiyini təsdiqləyir.

Putininin ikinci prezidentlik müddətindən sonrakı dönəmdə Dimitri Medvedyev formal olaraq prezident idi. Həmin dövrdə Putin klan kapitalizminə üstünlük verdi. Onun dostları, “Qazprom” şirkəti başda olmaqla, dövlət aktivlərinin kütləvi surətdə ələ keçirilməsinə başladılar.

Putinin dörd əsas köhnə dostu Sankt-Peterburqdandır. Arkadiy və Boris Rotenberq qardaşları “Qazprom” üçün çəkilən boru kəmərlərindən və Rusiya dövlət yol tikintisindən pul qazanırlar. Gennadi Timçenko da həmçinin, qaz boru kəməri tikir, digər tərəfdən isə, o, gəlirli lisenziyalar vasitəsiylə qaz çıxarılması ilə də məşğuldur.

Yuriy Kovalçuk isə “Rusiya bankı”nın baş direktorudur və o, “Qazprom”un maliyyə və media aktivlərinin müsadirə edilib çıxarılmasına cavabdehdir. Digər yandan isə, Y.Kovalçuk 20 televiziya kanalına nəzarət edir.

2014-cü ildə ABŞ, Putinin bu dörd “iş ortağına” və onların şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Amma Avropa Birliyi Boris Rotenberqə və Gennadi Timçenkoya qarşı sanksiyalar tətbiq etmədi, çünki onlar 1990-cı illərdə Finlandiya vətəndaşlığı alıblar.

2012-сi ildə prezident kürsüsünə qayıdan Putin, rusların dedikləri kimi, “əllə idarəetməyə” keçdi.

Putin baş verəcəklərin nəylə nəticələnəcəyinə heç bir məhəl qoymadan istədiyini edir, amma bir məsələdən başqa. 1998-ci ilin avqust ayında Rusiyada baş vermiş maliyyə çöküşündən sonra Putin anladı ki, maliyyə böhranları siyasi vəziyyəti sabitsizləşdirir və ona görə də, o, hər yolla bunadan qaçmağa çalışır. Rusiya böyük qızıl valyuta ehtiyatı toplayıb, büdcənin sabit qalmasına güclü dəstək verilib, dövlət borcu minimuma endirilib, ölkədəki inflyasiya aşağı həddədir və işsizliyin səviyyəsi də yüksək deyil. Lakin əhalinin həyat şəraiti və ya iqtisadi böyümə Putinin vecinə də deyil. Rəsmi məlumata görə Rusiyanın real gəliri 2008-ci ildən 2014-cü ilədək 13 faiz azalıb və bu azalma davam etməkdədir.

Ən əsas məsələ isə məhz Putinin nə qədər var-dövlət toplamasıdır. Taleyin kinayəsi ondadır ki, Rusiyadakı mülkiyyət hüququnu dağıdan Putin və onun əlaltıları indi yığdıqlarını offşorlarda “yumağa” məcburdular. Hesab olunur ki, Rusiya özəl kapitalının xaricdəki ümumi həcmi 800 milyard dollardır. Belə güman edilir ki, Putinin təxminən 100-160 milyard dollara qədər pulu var. Putin hakimiyyətdən getməyənə qədər, onun talançı kapitalizmi Rusiyanı tam staqnasiya vəziyyətinə salacaq. Rusiya prezidentinin gündəliyində nə siyasi, nə də iqtisadi islahatlara yer yoxdur, çünki bu onun hakimiyyətini laxladar. Bunun əvəzinə Putin xalqı öz bayrağı altında birləşdirməkdən ötrü, Gürcüstanda, Ukraynada, Suriyada müharibə avantürasına girişir.

Qərbin avtoritar və kleptokratik Putin rejimindən ən yaxşı müdafiəsi - səffaflıqdır! Şəffaflıq bütün bu anonim zənginliyin su üzərinə çıxmasına imkan verə bilər. Yığılmış var-dövlətin böyük hissəsi ABŞ və Böyük Britaniyaya daşınıb. Qanunun aliliyinin hökm sürdüyü bu ölkələrdə anonim şirkətlərin yaradılmasına icazə verilir.

Putinin bu oliqarx dostlarının sırasına Dmitri Qorelov və Nikolay Şamalovu da əlavə etmək olar. Yeltsin zamanın oliqarxları içərisində Roman Abramoviç və Oleq Deripaska Putinə qarşı müsbət münasibət göstərmişdilər. Putin də öz növbəsində bunu unutmadı. 2005-ci ildə “Qazprom” və dövlət, birlikdə 13,7 milyard dollar ödəyərək Abramoviçə məxsus “Sibneft” şirkətini alır. Beləlkilə də, Roman Abramoviç Rusiyanın ən varlı adamına çevrilir.

Rusiyada maliyyə böhranı başlayanda Putin, aztəminatlı ailələr də daxil olmaqla, kömək edilməsi vacib olan sahələrə maliyyə yardımı göstərmək əvəzinə, öz oliqarx dostlarına əl uzatdı və özü də, hansı mənbələrdən! Abramoviçin “Evraz” şirkətinə “Dövlət milli rifah pensiya fondundan” 1 milyard dollar verilir. Rusiya prezidenti digər oliqarx Oleq Deripaskanı da iflasdan xilas edir. Belə ki, elə həmin fonddan Deripaska üçün 4,5 milyard dollar ayrılır. Rusiya mütəxəssisləri bildirirlər ki, bu pul sayəsində 5 milyon kvadrat metrlik mənzil tikilə bilərdi və beləliklə də, 100 min ailənin yaşayış şəraiti yaxşılaşardı. Çünki bu fondlar elə bu cür məsələlər üçün nəzərdə tutulub.

Vaqif NƏSİBOV

AzPolitika.info

Məqalə “Atlantik Cuncil” (ABŞ) nəşrinin materialı əsasında hazırlanıb

635x100

Şərhlər

nesib 2019-05-10 17:00:36

eziz azpolitika size serf etmeyende sherhleri gizledirsiniz. yazmishdim ki bir politoliq da rusiyani cokdure cokdure getdi bu dunyadan. vaqif nesibli de isteyirem ozunu qorusun az nu milletin bashini dushmencilik movzularini serh etmrkle agritsin.ozunu cox da savadli qeleme vermesin, milletimiz ondan qat qat savadli ve her shryi yerinde bilendir

Nesib Vaqif 2019-05-10 17:00:36

Sen bir merhim politoliqu yadina sal butun yazilarinda Rusa qarshi yazilar yazirdi,rusiyanin bu gun sabah cokeceyini yazirdi amma yaziq bu gunu gotmedi.ozune yaxigin gelsin milletin bashini yorma. savadli oglanlarimiz var onlarin eline su toke bilmezsen

Əli 2019-05-10 17:00:36

Özünüzün zibili başınızdan aşır yazmağa duxunuz çatmır.Heç olmasa sakit durun

Son yazılar