“DÖYÜŞLƏRDƏ BİZDƏN DƏ XEYLİ ADAM ÖLDÜ, AMMA...” - Sarkisyan Şuşanın işğalından danışdı

Ermənistanın eks-prezidenti Serj Sərkisyan hakimiyyətdən devrildikdən sonra ilk dəfə jurnalistlərə danışıb. Ötən gün o, Şuşanın işğalı münasibətilə keçirilən bayram tədbirlərinə qatılaraq Ermənistanın İctimai televiziyasının müxbirinin 27 il əvvəl baş verənlər haqda suallarını cavablandırıb.

Virtualaz.org xəbər verir ki, Sərkisyan ənənəvi olaraq “Şuşanın alınması üçün hazırladıqları parlaq hərbi əməliyyat”, erməni səhra komandirlərinin “şücaətləri” haqda lovğalanıb. Amma Şuşanı ələ keçirməkdə onlara kömək edən əsas səbəb-Azərbaycanda o zaman hökm sürən siyasi xaos, çaxnaşma barədə də danışıb.

Sərkisyan deyir ki, xeyli müzakirələrdən sonra Şuşaya dörd istiqamətdən hücum etməyi qərara almışdılar. Əməliyyata general Arkadi Ter-Tadevosyan başçılıq edirdi.

Sərkisyanın bildirdiyinə görə, Şuşa əməliyyatının uğurunun əsasını 1992-ci ildə Azərbaycan ordusunun Daşaltı kəndini azad etmək üçün keçirdiyi uğursuz əməliyyat qoymuşdu. “Hərçənd həmin döyüşlərdə bizdən də xeyli adam həlak oldu, amma Azərbaycan ordusunun da ən döyüş qabiliyyətli batalyonu darmadağın edildi” - Serjik deyib.

Xatırladaq ki, uğursuz Daşaltı əməliyyatı ilə bağlı sonradan Azərbaycanda uzun müddət istintaq getmişdi, həmin əməliyyata o vaxtkı müdafiə naziri Tacəddin Mehdiyev şəxsən başçılıq edirdi. İstintaq müəyyən etmişdi ki, əməliyyatın planlaşdırılmasında yol verilən taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan bölmələri düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə bölmə isə xeyli itki verərək geri çəkilə bilib.

Başqa sözlə, Serj Sərkisyan da təsdiq edir ki, Şuşanın ələ keçirilməsinin başlıca səbəblərindən biri heç də ermənilərin şücaəti ilə bağlı deyildi, Azərbaycan tərəfdə hökm sürən siyasi oyunlar, xəyanət və yararsız hərbi rəhbərliklə əlaqəli idi.

Nəhayət Serjik Şuşanı almaqda onlara kömək edən ikinci əsas məsələ barədə danışıb. Deyib ki, Azərbaycanda o vaxt sadəcə olaraq daxili siyasi didişmələr, tam xaos hökm sürürdü. “Bu da bizə çox kömək etdi”-o deyib.

Bunlar Şuşanın işğalından 27 il sonra düşmən tərəfindən də dilə gətirilə acı həqiqətlərdir. Və düşmən də təsdiq edir ki, şəhər-qalanı Azərbaycanda müxtəlif siyasi qüvvələrin hakimiyyət uğrunda didişmələri, ölkədə hökm sürən xaos, xəyanətlər və satqınlıqlar sayəsində ələ keçirə biliblər. Şuşa uğrunda əsl döyüşlər isə qabaqdadır...

F.Məmmədov

635x100

Şərhlər

EJDER 2019-05-10 20:40:31

BU DIQALARIN ELE KECIRDIYI HANSI TORPAQI QARTARMIWIQ ,HIY.LAZIMI TAPA BILMIRLER.ERMENI DENIZDEN DENIZE DEYER.BIZIMKILER NAQIL DANIWER.QAWQINLARIMIZ EV TELEB ELIYER,60 MANAT COREK PULU ALIYER...ANALOQU OLMAYAN HOKUMETIMIZ,TEDBIRLER KECIRDIR,SOKUB DAQIDER,AZERBAYCANI GUYA DUNYAYA TANIDER...CAQIRIN LAZIMI GELSIN...BESDIRIN BOW BOW DANIWDINIZ

Lədalətə əlavə 2019-05-10 20:40:31

Bu doğrudur ki,Rusiyanın motoatıcı polku Ermənistan tərəfə çalışıb.Bu faktdır.Amma o da maraqlıdır və cavab gözləyir ki, bizim hətta pərakəndə olan ordumuzun gücü ilə Dağlıq Qarabağ demək olar ki,azad edidiyi vaxtda ordunu geri çağırmaq,rayon əhalisini evlərindən köçürmək üçün 500-600 avtomobili Fizuli və digər rayonlara göndərmək,Süətin silahlılarının cəbhədən çıxarılması kimin xəyanəti idi? Niə bu faktlar qaranlıq qalır?Niyə 27 ildir bu sahədə heç bir adınlıq,aşkarlıq rünmür.Bu az şeymi deyir?

Amon 2019-05-10 20:40:31

AYAZ MUTELLIMOV CAVAB VERSIN GOREK MIKAYIL GOZELOVU SUSADA KABINETINDE NIYE GULLELEDILER.MIKAYIL GOZELOV QETLE YETIRILMESEYDI SUSA ISGAL OLUNMAYACAQDI.INDI CIXIB BOS BOS DANISIR.ALLAH ULU ONDERIMIZE REHMET ELESIN ONUN SAYESINDE INDI RAHAT YASAYIRIQ

t.ədalət 2019-05-10 20:40:31

Sərkisyan donuzu danışmağa vadar edən Rusiyadır.Rusiya istəyir ki,Şuşanın işğalını öz üzərindən atıb ermənistanın üzərinə yıxsın.Uşaq da bilir ki,həmin vaxtlar ermənilərin müəyyən silahlı dəstələri olsa da Şuşanı işğal edə biləcək gücü yox idi.İki yüz ildən artıqdır ki,qədim İrəvandan üzü bəri bizi yurd yerlərimizdən qovub çıxaran və ərazilərimizi erməniləşdirən,ancaq Rusiyadır.Rusiyanın bizə qarşı genetik düşmənçiliyi bu gün də davam edir.İçimizdəki casuslar və irançılar bu işdə Rusiyaya yardım edirlər.

t.ədalət 2019-05-10 20:40:31

Şuşanın işğalı üçün Rusiya bura xüsusi hərbi diversant dəstə göndərmişdi.Ayaz Mütəllibov,20 Yanvar qətliamını "uğurlu" keçirdiklərinə görə rus zabitlərinə təşəkkürnamələr verən Həsən Həsənov(NK-nin bülleteni,may nömrəsi) bunu çox yaxşı bilirlər.Qaranlıqların aydınlığa çıxacağı vaxt mütləq gələcək!Allahdan qeyri əbədi heç nə yoxdur.

Son yazılar