Sumqayıtda avtoqəza nəticəsində ölənlərin kimliyi bilinib - FOTO (Yenilənib-2)

Sumqayıtda baş vermiş yol qəzası nəticəsində dünyasını dəyişənlərdən 4 nəfərinin şəxsiyyəti məlum olub.

ONA-nın yerli bürosu xəbər verir ki, bunlar, Şabran sakinləri - 1987-ci il təvəllüdlü Nuriyev Vidadi Mövlud oğlu, 1960-cı il təvəllüdlü Qasımov İlham Məmmədtağı oğlu, 1972-ci il təvəllüdlü Məmmədov Amil Seyidbəy oğlu və 1974-cü il təvəllüdlü Musayev Saleh Xəlil oğludur.

Həmin şəxslər "Mercedes" markalı avtomobildə olub.

***

Sumqayıtın Tağıyev qəsəbəsində baş vermiş ağır yol qəzası ilə bağlı bəzi təfərrüatlar məlum olub.

ONA-nın Sumqayıt bürosunun məlumatına görə, "Shacman" markalı yük maşınının sürücüsü sükan arxasında sərxoş vəziyyətdə olub.

Qəzadan sonra onun idarə etdiyi yük maşını da yoldan çıxıb və yaxınlıqdakı qəbiristanlığa girib. Sürücü düşüb qaçmaq istəyərkən saxlanılıb.

Məlum olub ki, "Mercedes" markalı avtomobildə olanlardan dördü bir ailənin üzvləri imiş və onlar əsgər görüşündən qayıdırmış.

***

Sumqayıtda ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, Bakı-Quba yolunun Sumqayıtın H.Z.Tağıyev qəsəbəsindən keçən hissəsində iki avtomobil toqquşub.

Qəza nəticəsində 5 nəfərin öldüyü bildirilir.

Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar