Portuqaliya millisinin üzvü çempionluq üçün futbolçuya pul təklif edib

 

Portuqaliyanın "Portu" komandasının müdafiəçisi Pepe ölkə çempionatının qalibi olmaq üçün qeyri-etik üsula əl atıb.

"Report" "Gonfialarete.com" saytına istinadla xəbər verir ki, 36 yaşlı müdafiəçi "Riu Avi"nın oyunçusu Fabio Koentrauya rəqibləri "Benfika"nı məğlub etmələri qarşılığında pul təklif edib. Portuqaliya millisinin də şərəfini qoruyan oyunçu buunun üçün sabiq komanda yoldaşına 600 min avro verib.

Bu barədə polisə məlumat verən şəxs əlindəki sübutları da təqdim edib.

Qeyd edək ki, Fabio Koentrau və Pepe İspaniya "Real Madrid"ində çıxış edərkən komanda yoldaşı olublar. Portuqaliya çempionatında 32 turdan sonra "Benfika" 81 xalla birinci, "Portu" isə 79 xalla ikincidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar