ƏRDOĞAN GÜL VƏ DAVUDOĞLUNA SƏSLƏNDİ - "Bizim də xətamız, nöqsanlarımız var..."

Bu gün Türkiyə prezidenti Ərdoğan 23 iyunda İstanbul Böyükşəhər Bələdiyyəsinə keçiriləcək seçkilərlə bağlı danışıb.

Strateq.az xəbər verir ki, o, Türkiyə demokratiyasının 23 iyunda keçiriləcək seçkidən alnı açıq çıxacağını əminliklə deyib.

Bundan sonra Ərdoğan ad çəkməsə də, AKP-nin şinelindən çıxıb, ancaq təkrar seçki ilə bağlı əks mövqedə olan sabiq prezident Abdullah Güllə keçmiş Baş nazir Əhməd Davudoğluna səslənib:

“Biz bu günə qədər bütün hücumların üstəsindən bir-birimizə bağlanaraq, gəldik. Aramıza fitnə soxmadıq, qardaşlığımıza ləkə sürdürmədik. İndi qarşımızda duran zehniyyəti görürsüz. FETÖ-nün ağzıyla danışır, bir yerlərə mesaj verirlər”.

Ərdoğan deyib ki, fikir ayrılıqlarının dava qardaşlığının önünə keçməsinə icazə verilməməlidir: “Biz buna imkan verməməliyik. Xətasız, qüsursuz yalnız aləmlərin Rəbbi olan Allahdır. Bizim də xətamız, nöqsanlarımız olmuşdur, olacaqdır. Ancaq adına Türkiyə dediyimiz davamıza xəyanət mümkün deyildir”.

Prezident deyib ki, “Bizi İstanbulda bələdiyyə sədrliyinə 1994 seçkilərindəki ruh daşıdı. 2002-də iqtidara millətimizlə qurduğumuz könül körpüsü götürdü. Bu ruh və gönül bağını qoruduqca, Allahın izniylə millətimiz bizə güvənməyə, dəstəkləməyə davam edəcəkdir”. 

635x100

Şərhlər

OQTAY 2019-05-12 08:29:57

Men fexr edirem ki, cemiyetmizde,Cemsid Dereleyezli kimi,Turkiyedeki siyasi veziyeti,deqiq ve duzgun tehlil eden serefli, serhici var!!!

Kamran 2019-05-12 08:29:57

Korrupsiya əməlləri xəta,qüsur deyil- cinayətdir!

Cəmşid Dərələyəzli 2019-05-12 08:29:57

Qəzan mubarek olsun, sayın Cümhur baçkanı.Bu nədən də dəsteyimizi esirgemedik.. ......31 martda Türküyədə Bələdiyyə seçgilərində İstanbul Böyük Şəhər Bələdiyyəsi ilə bağlı 19 apreldə aşağıdakı bu paylaşımı etmişdim. ----------- Qardaş Türküyədə baş verən siyasi olaylar bizləri, xüsusən də Azərbaycanı əndişələndirməyə bilməz. Çünki, dünyada dəngələrin dəyişdiyi bir dönəmdə və bu dəngələrdən çıxış edib dünya düzənini yenidən şekillenmesine cəhd edən güclər, Türküyəni (xüsusən də müsəlman ölkəsi olduğuna görə) hər vasitə ilə Orta Doğu bataqlığında tələyə salmaq çabasındadırlar. Çünkü, Türküyənin bölgədə və xüsusəndə dünyada söz sahibi olması, Türk duşmanlarının marağına ziddir və bu nədən də günü-gündən böyüyən və bölgənin önəmli aktyoruna çevrilən Türküyə onları rahatsız etməkdədir. Ona görə də onlar Türküyəni həmişə xarici münaqişələrə cəlb etməklə yanaşı, içdən vurmaq üçün də daxili qarşıdurmaların yaratmaq qayəsindədirlər və bundan da vaz keçmək niyətləri yoxdur. Bütün bu səbəblərdən dolayı da son bələdiyyə seçgilərində, onların Türküyə uzantıları və onlara xidmət edən iç nökərlər yenə iş başında idi. Məhz Türküyə YSK-sı onların əlinə koz verməmək üçün, araşdırmalar başa çatmadan İmamoğlunun “mazbatasını” ona təqdim etmək məcburiyyətində qalmış oldu. Bu isə YSK –nın İstanbul araşdırmasının durdurulması anlamına gəlmir. Odurki də, İstanbulda baş verənlərə bir də görünməyən tərəfdən baxmaq lazım. Birincisi İstanbulda İmamoğlu yox, Türk demokratiyası qalib gəldi (hakikatanda gəlibsə o da eger) . İkincisi İmamoğlu bu seçgidə, görünmeyenleri demirem, aslında adı "Millət İttifaqı" olan görünən beş kişinin (partiyanın) dəstəyi ilə başkan olub. O elə də siyasi arenada çox da tanınan siyasətçi də deyil, adam da deyil. Olaki də bezi kardeşlarımızın dediyi kimi ki, hele bir "Fateh" ola. Üçüncüsü, qeyd etdiyimiz kimi, YSK -da araşdırma gedir, Mazbatanı almaq hələ şərt deyil. Ola bilsin elə anti milli və anti Türküyə bəlgələri ortaya çıxar ki, YSK Mazbatanı verdiyi kimi də geri alar. Dördüncüsü bəli iç politkada iqtidarın bazi yanlışları var, lakin bu heç də fəlakətli həddə deyil. Bundan istifadə edib, İmamoğluna səs verən İSTAnBUL Elitası nə yazıq ki, proseslərə dışdan baxıb da oy vermədilər. Guya kəndilərinə görə qisas aldılar. Onlar nəzərə almalı idilər ki, Atatürkdən sonra Erdoğan tək liderdi ki, bütün dünya güclərinə kafa tutaraq dünyada Türküyənin baxımsızlığı mücadiləsini verir. CHP isə iqtidarda olsun deyə yenə də Türküyəni Türk duşmanlarının hodağına çevirmək qayəsində. Nə yazıqki, hazırki CHP ATATÜRK ideallarından çoxdan vaz keçib. Bu isə çox üzücü. Beşincisi, lap deyək ki, hər şey yolunda olub. Sabah İmamoğlunu başkan yapan o görünən ve görünmeyen qüvvələr və xüsusən də Qərb uzantıları oz şartlərini diqtə etməyəcəklərmi. Onda nə olacaq. Ona görədə gəlin tələsməyək. Uca Türk millet dostu ile duşmanını artıq seçen millet. Türküye sevdalılarına və bütün Türk millətinə isə, YSK-nın kararını gözlemek düşür. Bu gün aydan 6 mayis. Günlərdən pazar ertəsi günü. Göründüyü kimi vermiş olduğumuz proqnoz düz çıxdı. Bəli artıq YSK o kararı verdi. Stanbulda seçimlər yenilənəcək. Türk demokrasi öz sözünü yenə dedi. Unutmayak ki, indiki zamanda bu karar Türküyəmizin BEKASI üçün çox önemli. Dərine gedilse CHP üçün de bu doğru bir karar. Çünki onlar üzde "Millət İttifak"ı adllanan birliyin bazı üyelerinin karşısında götürdükleri yükün önemli bir kısmından kurtulmuş oldular.

Son yazılar