Ruslar Mariupol şəhərinə hücuma hazırlaşırlar- Putin müharibənin davam edəcəyini bildirdi

Rusiyapərəst separatçı yaraqlılar Mariupol şəhərinə hücuma hazırlaşır. Azadlıq Radiosunun Frans Pressin agentliyinə istinadən məlumatına görə, strateji liman şəhərini qoruyan Ukrayna batalyonlardan birinin - “Azov” batalyonunun “Bəbir” adlı döyüşçüsü avqustiun 31-də deyib ki, “biz bu şəhəri qoruya bilərik. Ancaq nə qədər vaxta? Bizim onlara qalib gəlməyə gücümüz yoxdur”.

Frans Press yazır ki, “Azov” batalyonu ən radikal milətçilərdən ibarətdir və ən döyüşkən batalyonlardan biridir.

Rusiyaya qarşı yeni sanskiyalar hazırlayan Avropa Birliyinin sammitində, avqustun 30-da Britaniyanın baş naziri Cameron Rusioyaya xəbərdarlıq etdi ki, Moskva bu təcavüzünü davam etdirsə, “Britaniyanın Rusiya ilə, Avropa Birliyinin Rusiya ilə, ABŞ-ın Rusiya ilə münasibətləri əvvəlkindən radikal şəkildə fərqli olacaq”.

Sammitdə Litva prezidenti Dalia Grybauskaite deyib ki, “Rusiya praktiki olaraq Avropa ilə müharibədədir”.

Bu arada Rusiya prezidenti Putin Rusiya televiziyasının 1-ci Kanalına müsahibəsində deyib ki, Ukrayna böhranının tezliklə həll olunacağlnı gözləmir.

O, bunu Ukranyada parlament seçkiləri ilə izah edib: “Ukrayna parlament seçkçiləri ərəfəsindədir. Ona görə, namizədlər sərt danışacaqlar. Belə şəraitdə kiminsə hərbdən yox, sülhdən danışacağını gözləmək çətindir.”

"Böhran necə başa çatacaq?" sualına Putin cavab vermək istəməyib. O, deyib ki, “Bu, Ukrayna hakimiyyətinin siyasi iradəsindən asılıdır”.

Putin həmçinin bildirir ki, Ukraynada hərbi əməliyyatlar dərhal dayandırılmalıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar