Cəlilabadda avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb

Cəlilabad rayonunda azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Alar kəndi ərazisində qeydə alınıb. Belə ki, yolun kənarında oynayan kənd sakini, 5 yaşlı uşağı "VAZ-2107" markalı minik avtomobili vurub. Yaralı Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda azyaşlının şəxsiyyəti dəqiqləşdirilir.

Məlumata görə, sürücü avtomobili yenicə alıb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar