Rusiyada 2 məşhur azərbaycanlı arasında gərginlik: Frenk – Fuad davası

Rusiyada yaşayan iki məşhur azərbaycanlı arasında gərginlik yaşanır.

BakuPost xəbər verir ki, milyonçu Fizuli Məmmədov (Frenk Elkepone) jurnalist Fuad Abbasova qarşı sərt ittihamlar səsələndirib, onu təxribat törətməkdə, azərbaycanılıların diaspor işində maneələr yaratmaqda ittiham edib. Bununla bağlı Fizuli Məmmədov özünün feysbuk hesabında yazıb:

"Diaspor fəaliyyətinin nüanslarını bilməyən, diaspor fəaliyyətindən xəbərsiz olan soydaşlarımızı aldatmaq məqsədi ilə özünü Rusiyadakı azərbaycanlıların qəhrəmanı elan edən Fuad Abbasov "Misra” adlı veb-saytında yenə saxtakarlıqla, provokasiya ilə məşğuldur. Fuad son açıqlamasında bildirir ki, guya, AZƏRROS prezidentliyinə mənim namizədliyim irəli sürülüb və "ümümxalq səsverməsi” keçiriləcəyi planlaşdırılır. Mən Məmmədov Fizuli Məmməd oğlu rəsmi olaraq bəyan edirəm ki, AZƏRROS-la bağlı heç bir seçkiyə qatılmamışam, bu tamaşa provokasiya xarakteri daşıyır və heç bir hüquqi əsasa söykənmədiyi üçün hüquqi qüvvəsi ola bilməz. Dünya Azərbaycanlıları Mədəniyyət Fondu və 27 aprel 2019-cü ildə Rusiya Federasiyasının əksər əyalətlərinin dəstəyi ilə yaradılan RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQININ prezidenti postlarını qürur və şərəflə daşıyan azərbaycanlı kimi AZƏRROS-a ayıracaq nə vaxtım, nə istəyim var. Saxta vətənpərvərlərin hazırladığı bu provokasiyanın əsas məqsədi mövcud vəziyyəti müsbətə doğru dəyişdirmək yox, soydaşlarımızın milli hisslərindən istifadə edərək xal qazanmaq, şəxsi büdcələrini doldurmaqdır.

Ehtiyatlı olun, dələduz var!”

Soydaşlarımız tərəfindən birmənalı qarşılanmayan bu statusa Fuad Abbasov qısa cavab verib: "İtalyalı biznesmen Frenk Elkeponeye jurnalist Fuad Abbasovdan müraciət: "Düşmənlə mübarizə aparmaq lazımdır, jurnalistlə deyil!!!"

Qeyd edək ki, tanınmış azərbaycanlı jurnalist Fuad Abbasovun Azərbaycan və Türkiyənin müxtəlif problemlərinin Rusiyada qabardılması istiqamətində xeyli işlər görüb. Buna görə işdən qovulub, hətta ermənilər tərəfindən ölümlə də təhdid olunub. Maraqlıdır ki, onun həyatına təhlükə yarandığı bir vaxtda Fizuli Məmmədov onun müdafiə olunması üçün azərbaycanlılara müraciət etmişdi. Hətta onu qorumaq üçün zirehli avtomobil alacağını da bildirmişdi. Bundan cəmi 2-3 ay sonra həmin adamı təxribatda suçlamaq müəyyən suallara yol açıb.

Diaspor fəaliyyəti ilə məşğul olan bəzi sosial şəbəkə istifadəçilərinin iddialarına görə, tərəflər arasındakı gərginlik heç də milli maraqlara, diaspor fəaliyyətinə görə deyil.

635x100

Şərhlər

fikrət 2019-05-12 21:12:40

Fizuli məmmədov bu vaxtdacan haradaydi indi meydana ğəlib fuad bəli milli qəhramandir Fizuli sənə sual verirəm Aqadadaş erməni qohumlari ilə diasporu ələ alanda sən hardaydin nəsə səsin cixmirdi indi qeyrətli oqlanlar irəli ğəlib səsin cixir

Son yazılar