«İSTANBULDA TƏKRAR SEÇKİLƏRƏ QARIŞMAYIN!» - Türkiyə ABŞ-a çağırış etdi

«AzPolitia.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, rəsmi Ankara Amerika Birləşmiş Ştatlarını (ABŞ) Türkiyə Yüksək Seçim Kurulunun qərarına hörmətlə yanaşmağa çağırıb.

«Bütün tərəfləri Türkiyə Yüksək Seçki Kurulunun (YSK) qəbul etdiyi qərara hörmət eiməyə çağırırıq. Qeyd etmək lazımdır ki, təkrar seçki haqqında qərar bundan əvvəl Birləşmiş Ştatlarda və dünyanın bir sıra digər ölkələrdə də qəbul olunub. Belə məsələlər demokratik normalar çərçivəsində həll olunur» - deyə, Türkyə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hami Aksoy bəyan edib («Anadolu»).

ABŞ Dövlət Departamentinin nümayəndəsi Moran Ortaquyenin və bəzi konqresmenlərin Türkyə YSK-nın İstanbulda bələdiyyə sədri postu uğrunda yeni seçkilərin keçirilməsi barədə qərarına yönəlik kritik bəyanatlarını şərh edən xarici siyasət idarəsi bəyan edib ki, «azad və demokratik seçkilər Türkiyə dövlətçiliyi ənənəsinin ayrılmaz hissəsidir».

«Bütün seçkilərdə yüksək seçici fəallığı onun göstəricisidir ki, Türkyə xalqı demokratiya normalarına və ölkənin seçki sisteminə inanır» - Aksoy bildirib.

Buunla bərabər, türkiyəli diplomat xatırladıb ki, İstanbul meri postu uğrunda yeni seçkilərin keçirilməsi barədə qərar ölkənin Seçki Məcəlləsinin pozulması hallarının qeydə alınması səbəbilə qəbul olunub.

«İyunun 23-də mümkün olan hər şey ediləcək ki, İstanbul sakinlərinin iradəsi maksimum səviyyədə təmin olunsun. Bu, əvvəlki seçkilərdə olduğu kimi, Türkiyənin prioritetidir» - deyə, Türkiyə XİN əmin edib.

635x100

Şərhlər

Məhv olan Xırdalanlı 2019-05-12 22:23:39

Xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı özünün Feysbuk səhifəsində yazıb. Bildirib ki, belə bir acı peşmançılıq duyğusunu Xırdalana gedəndə yaşayır: "Nə maşına yol var, nə piyadaya! Deməyə söz tapmırsan! Hansı acı söz, hansı ittiham ürəyini soyuda bilər? Niyəbizim bu ev tikənlərimiz vicdanı, məsuliyyəti, qanun qorxusunu yaddan çıxarırlar. Bunlar anlamırlarmı ki, buraları görən hər kəs 10 ildən, 30 ildən sonra da, Bakının böyründə, Xırdalan kimi bir yerdə bu cür vəhşl qazanc ehtirasıyla ev tikənlərin ata-babasını gorundan çıxaracaq, onda urvatlı bir yer qoymayacaq!.. Görəsən, dünyanın hansı vəhşı tayfası 15-20 qatlı binaların ətrafında darısqal da olsa bir səki yeri saxlamaz. Üz-üzə binalarda bir balkondan o birinə tullanmaq olar! Doğrudanmı, on illər boyu əzizlərinin ən ağır söyüşlərlə söyülməsinə razı olurlar, amma binanı bir addım geri çəkə bilmirlər?.. Niyə şərəflərini, adlarını qazanca, mal-mülkə görə belə asanca ayaq altına atırlar? Bəs bu şəhər sizin, bizim deyil? Bəs bu binalarda sizin xalqınızın övladları yaşamayacaq? Axı bu nəhəng evlər gündə sökülüb yenidən tikilmir... Məgər hər kim harda balaca bir boş yer tapınca orda bir göydələn ucaltmalıdır? Bəs bu Xrdalan deyilən şəhərin bir sahibi yoxdur?"

Rasim Qorxmaz 2019-05-12 22:23:39

Bu seçki oyunu ilə Türkiyı öz nüfuzuna zərbə vurmur?Seçki keçirildi,şikayət yoxlanıldı.Daha nə lazımsa edildi.Bəs bu nə oyundur? Bu saxtakarlıq edilməsi üçünmü ?Ayıb!

Araşdırmaçı 2019-05-12 22:23:39

Əgər seçkidə saxtaçarlıq aşkar olunubsa,onda Türkiyənin hər yerində yenidən seçki keçirilməlidir ? Təkcə İstanbulda yox ?

Son yazılar