Dudayev batalyonu Ukraynaya girdi: kadırovçular şokda - Foto

1asDonbas vilayətinin İlovaysk şəhəri yaxınlığında gedən döyüşlər Ukrayna hərbçilərinin əsl cəhənnəminə çevrilib. Axar.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, səs yazısında onlar qonorarlarını almadıqları üçün ruslardan gileyləniblər və yaxın vaxtda Ukraynanı, döyüş meydanını tərk edəcəklərini bildiriblər.

Bu arada isə məsələyə münasibət bildirilib və vurğulanıb ki, əslində kadırovçuların belə mövqe tutmalarına səbəb konpensasiya deyil, bu günlərdə İçkeriya Respublikasının generalı İsa Munayevin komandanlığı altında çeçen könüllülərdən ibarət "Cövhər Dudayev adına beynəlxalq batalyon"un Ukrayna ərazisinə gəlməsi və ukraynlılara dəstək ifadə etmələridir.

Xatırladaq ki, artıq bu xəbər internetdə ciddi müzakirələrə yol açıb. Bəziləri kadırovçuların Dudayevin "azad canavarları" ilə savaşmaqdan ehtiyatlandığını açıqlayıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar