«Almaniya Türkiyənin nüfuzunu ləkələmək istəyir» - XİN

Almaniyanın Birləşmiş Millətlər Təşkilatının (BMT) işgəncələrə və digər amansız, insanlıqdan kənar və ya insan ləyaqətini alçaldan münasibətlər və cəzalar üzrə öhdəliklərinin pozulması barədə Türkiyə hakimiyyətinə yönəlik çağırışlarının heç bir əsası yoxdur və Türkiyənin nüfuzunu ləkələmək məqsədi güdür. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Hami Aksoy bəyan edib.

«Xarici dövlətlərin rəsmi orqanlarının - öz mövqeyini uydurmalar əsasında formalaşdıran ölkələrin - Türkiyə barədə neqativ təsəvvür yaratmaq cəhdlərindən dərin təəssüf hissi keçiririk» - deyə, türkiyəli diplomat bəyan edib («Anadolu»).

Aksoy qeyd edib ki, Türkiyə BMT-nin və Avropa Şurasının işgəncələr və ləyaqəti alçaldan münasibətlər barədə bütün sənədlərini imzalayıb. O, qeyd edib ki, Türkiyə bu sahədə bütün beynəlxalq öhdəlikləri yerinə yetirir.

«Penitensiar sistemin və Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) bütün obyektləri beynəlxalq monitorinq üçün açıqdır. Ankara işgəngələrin istənilən formasına qarşı durmaq siyasəti yeridir və 2003-cü ildən bu istiqamətdə addımlarını akivləşdirib» - deyə, Türkiyə XİN nümayəndəsi xatırladıb.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar