Putin Ukraynanı separatçılara dövlətçilik haqqı tanımağa çağırdı

“Ukrainian News Agency”nin xəbərində deyilir ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna rəhbərliyini ölkənin cənub-şərqindəki separatçılarla dövlətçilik məsələləri ilə bağlı danışıqlara başlamağa çağırıb. Prezident həmçinin bildirib ki, Ukraynada baş verən hərbi əməliyyatları alqışlayan Avropa Birliyi Avropanın demokratiyaya söykənən dəyərlərini unutmamalıdır.

“ İnformation Telegraph Agency of Russia “ isə bu eyni mövzunu bir qədər başqa kontekstə təqdim edib. Agentlik bildirir ki, prezident Putin Ukraynada gedən döyüşlərin dərhal dayandırılmasının vacibliyini bildirib. Vurğulayıb ki, artıq payız-qış mövsümünə hazırlaşmaq lazımdır: “Mənə elə gəlir ki, Rusiyadan başqa heç kəs qış haqqında fikirləşmir də“, prezident tele-çıxışı zamanı deyib.

“Texniki məsələri bir tərəfə qoyub cəmiyyətin siyasi baxımdan təşkilatlanmasına üstünlük verilməlidir. Cənub-şərqi Ukraynada dövlətçilik məsələrinə önəm verməklə orada yaşayan insanların qanuni maraqların ödəmək məqsədi ilə təcili danışıqlara başlamaq lazımdır“, Putin deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar