Ruslar Ukrayna hərbi katerini topla vurdu

Azov dənizində Ukrayna kateri və gəmisi Rusiya tərəfindən top atəşinə tutulub. Bu barədə Ukraynadakı hərbə mənbəyə əsaslanan “BBC” radiosu xəbər yayıb. İnsident Azov dənizinin Rusiya sərhəddinə yaxın nöqtəsində baş verib.

Ukraynanın hərbi təmsilçisi deyib ki, hərbi-dəniz kateri sahildən top atəşinə tutulub.

Azov dənizində Ukrayna gəmisinin də hücuma məruz qalması barədə xəbərlər yayılıb.

Hazırda top atəşi zamanı bir çox hissələri sıradan çıxmış katerdə olanların xilası üçün əməliyyt keçirilir. İnsident zamanı ölən və yaralananların olması barədə heç bir məlumat yoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar