“RUSLARLA ANLAŞIB BİR NEÇƏ RAYONU AZAD ETMƏLİYİK...” - “Qarabağdakı erməniləri qovmaq bir neçə günün işidir...”

“Rusiya bunu desə, Azərbaycan açıqca qərbyönlü xətti götürməlidir”

Mayın 13-14-də Brüsseldə “Şərq tərəfdaşlığı” proqramının 10 illiyi münasibətilə mühüm tədbirlər keçiriləcək. Avropa İttifaqı institutlarının liderləri, Avropa İttifaqına üzv ölkələrin və “Şərq tərəfdaşlığı” ölkələrinin dövlət və hökumət başçılarının iştirak edəcəyi görüşdə Azərbaycanın da yüksək səviyyədə iştirakı gözlənilir, bununla bağlı qurum rəsmiləri dəfələrlə arzularını dilə gətiriblər.

"AzPolitika" deputat, BAXCP sədri Qüdrət Həsənquliyevin "Yeni Müsavat"ın əməkdaşı ilə Qarabağ mövzusunda söhbətini təqdim edir.

- Qüdrət bəy, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq istiqamətində atdığı addımları necə dəyərləndirmək olar? Dünyanın aparıcı təşkilatı ilə əməkdaşlığın perspektivləri barədə nə deyə bilərsiniz?

- Əlbəttə, biz Avropa ilə əməkdaşlıq etməliyik. Hətta Rusiyanın özü də Avropa ilə əməkdaşlığa can atır. Biz görürük ki, Avropanın tətbiq etdiyi sanksiyalardan Rusiya nə qədər pəjmürdə olur və buna öz etirazını bildirir. Digər tərəfdən, bizim əsas valyuta gəlirlərimiz Avropanın hesabınadır. Yəni biz neftimizi və qazımızı İsrailə və Avropa ölkələrinə satırıq. İsrail Yaxın Şərqdə yerləşsə də, özünü bir Avropa dövləti hesab edir, hətta Avropa Çempionatına qatılır, bir Qərb dövləti olaraq qəbul olunur. Rusiya özü də enerjidaşıyıcılarını Avropa bazarına çıxarır. Buna görə də Avropa ilə münasibətlərimizin yaxşı olması məqsədəmüvafiqdir. Bundan başqa, Avropa demokratik, hüquqi dövlət quruculuğu prosesində böyük uğurlara imza atıb. Azərbaycan bundan xeyli dərəcədə faydalanmalıdır. Yəni onlar insan haqları, qanunun aliliyi ilə bağlı ali dəyərləri mənimsəyib. Bu baxımdan onların təcrübəsindən öyrənməliyik və öyrənməli olduğumuz çox şey var.

- Bu əməkdaşlığın riskli tərəfləri varmı?

- Azərbaycan Qərbə inteqrasiya yolu tutmayıb. Yəni imzalanacaq saziş də Azərbaycanın Qərbə inteqrasiya olunması istiqamətində hansısa bir addım deyil. Amma mən hesab edirəm ki, Azərbaycan seçim etməlidir, zaman çoxdan gəlib çatıb. Azərbaycan Qoşulmama Hərəkarından imtina etməli, Rusiya ilə danışıqlara başlamalıdır. Əgər Rusiya Qarabağın azad olunması istiqamətində bizə dəstək verəcəksə, o zaman Azərbaycan Avrasiya İqtisadi Birliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ola bilər, təbii, əgər Rusiya bunu istəyirsə...

- Söhbətimiz atəşkəsin 25 illiyinə təsadüf edir. Yeri gəlmişkən, bu günlərdə sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da Azərbaycanın Ermənistanla deyil, məhz Rusiya ilə danışıqlar aparması təşəbbüsü ilə çıxış etdi. Əvvəllər siz belə təkliflə dəfələrlə çıxış etmişdiniz...

- Tamamilə doğrudur. Əgər Rusiya rəsmiləri gəlib İrəvanda rəsmən deyirlərsə ki, Ermənistan bizim forpostumuzdur və prezident qarışıq, heç kim buna etiraz etmirsə, deməli, onlar da Rusiyanın forpostu olduqlarını qəbul edirlər. Biz də bunu daim deyirik ki, Ermənistan Rusiyanın forpostudur. Əgər Rusiyanın forpostudursa, Dağlıq Qarabağ məsələsində necə müstəqil qərar qəbul edə bilər? Əgər müstəqil qərar qəbul etmək səlahiyyəti yoxdursa, onunla danışıq aparmağın nə mənası var? Azərbaycan rəsmiləri də, biz də vaxtaşırı deyirik ki, Ermənistan həyati mənafeləri bu münaqişəni Azərbaycanla tez bir zamanda tənzimləməyi tələb edir, Ermənistanın iqtisadi inkişafı Azərbaycanla yaxşı münasibətlərin qurulmasından keçir, yalnız bu halda Ermənistan regional layihələrə, kommunikasiya xətlərinə qoşula bilər və s. Siz elə bilirsiniz ki, Ermənistandakı siyasətçilər bunu başa düşmür? Gözəl başa düşürlər.

Amma onlar erməni xalqına deyə bilməzlər ki, biz də başa düşürük, Azərbaycan xalqı ilə barışmalıyıq, amma Azərbaycanla barışsaq, bizim başımıza güllə sıxacaqlar. Erməni siyasətçiləri özlərinin təhlükəsizliyi və siyasi karyeraları üçün məcburdurlar özlərini elə göstərsinlər ki, Rusiyanın istədiyini söyləsinlər. Tutaq ki, desinlər Qarabağ müstəqil olmalıdır, yalnız Dağlıq Qarabağın “müstəqilliyinin” qarşılığında biz işğal olunmuş rayonları - Kəlbəcər, Laçın da istisna olmaqla - qaytara bilərik. Ermənilər əslində barışığa və sülhə imkan verməyən mövqeni ona görə sərgiləyirlər ki, bunun Rusiyaya lazım olduğunu anlayırlar. Yəni onlar qanmazlıqdan bu mövqeni sərgiləmirlər. Həm də belə mövqe ortaya qoymaqla xalq qarşısında sifətlərini qoruyub-saxlamaq istəyirlər ki, biz Rusiyanın mövqeyindən çıxış etmirik, öz siyasi mövqeyimiz Dağlıq Qarabağın müstəqil olmasından ibarətdir.

Amma mən sizi tam əmin edirəm ki, erməni siyasətçilərin içərisində Qarabağın müstəqil olmasını istəyən siyasətçilərin 95 faizi həmin mövqenin onların siyasi karyeraları üçün vacibliyini anladıqlarından bu mövqeni sərgiləyirlər. Ona görə də daim demişəm ki, bunu gizlətməyin adı yoxdur, yerli-yersiz “Rusiya bizim qardaşımızdır, dost dövlətdir, vasitəçilikdir” demək... Hələ vasitəçiliyinə görə Rusiyaya təşəkkür də edirik. Bu siyasətə son qoyulmalıdır. Amma Rusiyaya deyilməlidir ki, biz sizinlə həqiqi dost ola, həqiqi maraqlarınızı qoruya bilərik. Bu şərtlə ki, siz problemi həll etməyimizə imkan verməlisiniz. Sizin də maraqlarınız Azərbaycanın Avrasiya İttifaqına üzv olmasından keçirsə, böyük məmnuniyyətlə, qoşulaq. Yaxud KTMT-yə üzv olmaqdırsa, qoşulaq və s. Azərbaycan bunu Rusiya ilə açıq danışmalıdır. Yox, əgər Rusiya desə ki, bizi bu işə qatmayın, yenə də özünü o yerə qoysa ki, nə baş verdiyini guya başa düşmür, “biz sadəcə, vasitəçiyik, dinc yolla bu problemi həll etməyə çalışırıq” desə, “necəsən, özümü qoyum qanmazlığa, atan yansın” siyasəti tutulsa, o halda Azərbaycan qərar verməlidir.

- Məsələn, hansı qərarı?

- O zaman Azərbaycan açıq-açığına qərbyönümlü bir siyasi xətti götürməli, Avroatlantik məkana inteqrasiya xətti yürütməlidir. Mən demirəm ki, biz Rusiyaya müharibə elan etməliyik, onun düşməni olmalıyıq. Yox! İndiki kimi, böyük qonşu dövlətlə əməkdaşlıq davam eləməldir. Amma Azərbaycan açıq-açığına sırf qərbyönümlü, Avrioatlantik məkana inteqrasiya yönümlü addımlar atmalıdır.

- Amma bu da riskli sayılır. Moskvanın sürprizlərini nəzərə alırsınızmı?

- Ən pis variant odur ki, Rusiya Dağlıq Qarabağın “müstəqilliyini” tanıya bilər. Tanısın. Bu, onsuz da heç nəyi dəyişməyəcək. Tanıdı-tanımadı, Dağlıq Qarabağ onsuz da işğal olunub və məskunlaşdırılır. Gücümüz olsa, tanıdı-tanımadı, vurub torpaqlarımızı işğaldan azad edəcəyik. Gücümüz olmayacaqsa da, torpaqların işğal altında tanınmış, yaxud tanınmamış halda qalması heç nəyi dəyişmir. Mən demirəm ki, Avroatlantik məkana inteqrasiya halında Qərbin bütün dairələri Azərbaycana dəstək verəcək. Yox, xristian həmrəyliyinə görə yenə də Ermənistanı dəstəkləyən olacaq. Amma biz Qərbin müəyyən dairələrinin dəstəyini ala bilərik. Bu baxımdan Azərbaycan seçim eləməlidir. Yəni indi davam edən - həm Rusiya, həm Qərblər müəyyən məsafədə dayanmaq siyasəti Qarabağı işğal altında saxlayır, problemin həllinə heç bir töhfə vermir. Neytral siyasət, Qoşulmayanlar Hərəkatında olmaq Qarabağ probleminin həllinə töhfə vermir. Tarix boyu da belə olub. Ölkələr müharibə aparanda özlərinə müttəfiq axtarıblar, bitərəfliklərini elan etməyiblər.

“Hər gün Ermənistanın şəhərlərinə 1-2 erməni hərbçinin meyiti aparılmalıdır”

- Türkiyənin hərbi bazalarının Azərbaycanda yerləşdirilməsinə necə baxırsınız?

- Əgər Rusiya ilə danışıqlarımız alınmasa, dediyim kimi, Azərbaycan öz xarici siyasət kursunu kəskin şəkildə dəyişməlidir. Onda Azərbaycan Gürcüstan, Ukrayna kimi, NATO-ya, Avropa Birliyinə üzvlük üçün rəsmi müraciət etməlidir. O müraciətlər olarsa, əlbəttə, NATO üzvü kimi Türkiyənin də gələcəkdə Azərbaycanda hərbi bazasının yaradılması mümkün görünür. Amma indiki halda, açığı, bu, bir az problematikdir. Həm də təəssüf ki, Türkiyənin özünün NATO-dakı aparıcı dövlətlər - Almaniya, Fransa, ABŞ-la münasibətlərində problemlər var. Ankaranın siyasətinə görə Türkiyəni sıxırlar. İkincisi də Azərbaycanın indiki yürütdüyü neytral siyasət ona imkan vermir ki, Türkiyənin burada bazası olsun. Biz Qoşulmayanlar Hərəkatının üzvüyük, Türkiyənin Azərbaycanda hərbi bazası necə ola bilər? Amma Avropaatlantik məkana inteqrasiya xətti tutsaq, əlbəttə, o zaman Türkiyənin burada hərbi bazası da yarana bilər.

- Qüdrət bəy, keçən il Nikol Paşinyan hakimiyyətə gələndə ümidlər var idi ki, “müharibə partiyası”nın üzvü olmayan bu adamın hakimiyyəti dövründə Qarabağla bağlı anlaşma əldə oluna bilər. Amma erməni baş nazir sələflərindən daha çox radikallıq nümayiş etdirməkdədir, hətta bu günlərdə Azərbaycanın Şuşasında Azərbaycan “Yallı”sına oynadı. Belə olan təqdirdə Bakının Qarabağla bağlı siyasəti necə olmalıdır?

- Açıq deyirəm, Paşinyan bilir ki, Moskvanın ona münasibəti birmənalı deyil və qərbyönümlü siyasətçi olduğu üçün Rusiyada ona çox da güvənmirlər. Ona görə də belə mövqe nümayiş etdirir ki, ayağını Rusiyanın cızdığı dairədən bir santimetr də kənara qoymayacaq.

- Yəni Şuşada o mahnını sifariş edən də Rusiyadır?

- Mən o fikirdə deyiləm ki, ruslar ermənilərə deyiblər gedin, Şuşada tədbir keçirin! Amma məsələnin mahiyyəti Moskvanı sakitləşdirməkdən ibarətdir. Bu, Azərbaycandan çox, Moskvaya verilən mesajdır. Ona görə də deyirəm ki, Moskva ilə oturub danışmaq lazımdır. Nəinki Paşinyan, Ermənistanda istənilən bir siyasətçi Qarabağla bağlı fərqli mövqe sərgiləyə bilməz. Onların fərqli mövqe sərgiləmək imkanları sadəcə, yoxdur. Erməni millətini də ağır xəstəliyə yoluxdurublar. Bu xəstəliyin müalicəsinin də bir yolu var... Azərbaycanda cəhalətə yuvarlanan insanlar “cin çıxartmaq” üçün insanları tikanlı çubuqlarla döyürdülər (Gülür) Ermənilərin müalicəsinin yeganə yolu budur ki, bir Dağlıq Qarabağ ətrafındakı 3-4 rayonu işğaldan azad edirik və ondan sonra erməni xalqı bir növ ayılacaq, başa düşəcək ki, yox, vəziyyət onların düşündüyü kimi deyil. Sovet vaxtı Dağlıq Qarabağda 120 min erməni yaşayıb. Düzdür, indi bir az Suriyadan, bir az Ermənistandan köçürmələr nəticəsində sayı artırıblar. Amma 240 minə qədər azərbaycanlını necə bir neçə gün ərzində Ermənistandan qovub çıxartdılar? Dağlıq Qarabağdakı erməniləri qovub Ermənistanın indiki sərhədləri daxilinə tökmək bir neçə günün işidir, erməni xalqı gərək bunu başa düşsün. Ona görə də deyirəm, gərək Rusiya ilə anlaşıb bir neçə rayonu azad edək ki, ermənilər razılaşmaya getsinlər. Yenə deyirəm, hər şey Azərbaycan rəhbərliyinin hansı siyasi xətti tutacağından asılı olacaq. Fakt budur ki, bu günə qədər davam edən siyasət münaqişəni dondurulmuş vəziyyətdə saxlayır. Hətta əvvəllər təmas xəttində və sərhəddəki atışmalar erməniləri ciddi şəkildə narahat edirdi, işğalçı əsgərlərin öldürülməsi daxildə narazılıq yaradırdı...

- Son günlərdə iki erməni əsgəri ölümcül vəziyyətdə yaralanıb...

- Yox, mən hesab edirəm ki, hər gün işğalçı ordunun əsgərləri öldürülməlidir. Hər gün Ermənistanın şəhərlərinə 1-2 erməni hərbçinin meyiti aparılmalıdır...

Elşad PAŞASOY

635x100

Şərhlər

Hafiz 2019-05-13 09:06:32

Qüdrət rusları çox istir. Nə sirdir bu?

Yekun 2019-05-13 09:06:32

Ay da SİYASİ DEPUTAT, bəyəm, Azərbaycanda milliyyətini Kremllə ayırd edən MM deputatından tutmuş bircə yüksək vəzifəli şəxs, elə bir sahə varmı ki, RFdəki ağaları ilə anlaşmasınlar? Atəşkəs də daxil!

гачгын 2019-05-13 09:06:32

"если хочешь одурачить мир, скажи ему правду" О.ф.Б

гачгын 2019-05-13 09:06:32

--ждут своего времени только те, для кого оно некогда не наступит. --ни один победитель не верит в случайность,

Mux 2019-05-13 09:06:32

davamı-Dövlətin Prezidenti var,Güc qüvvələri var.Lazım gəlsə cənab Prezident əmir verər....

Fikrət Hacıyev 2019-05-13 09:06:32

Xocalı soyqırımından sonra könüllü Milli Orduya gedən tək GDU əməkdaşıyam. Rüşvət almadığıma görə artıq 2-ci dəfə işdən qovulmaq üzrəyəm. İndiyə kimi 52, 29, 19 sutkalıq 3 aclıq aksiyası keçirmişəm və sağlamlığıma ciddi ziyan vurmuşam. ... Heç bir şikayətimə baxımırlar. Mənə elə gəlir ki, əvvəlcə bəzi güc orqanlarını korrupsiyadan təmizləmək lazımdır. Yoxsa müharibə veteranını acından öldürməklə torpaqlarımız azad etmək olarmı???

Tahir 2019-05-13 09:06:32

NİYƏ BİR NEÇƏ RAYON? MÜHARİBƏ BAŞLAMALI VƏ DÜŞMƏN TORPAĞIMIZDAN QOVULMALIDIR. BÜTÜN TORPAQLARIMIZ DÜŞMƏNDƏN ALINMALIDIR. BİR NEÇƏ RAYON OYUNDUR.

Həsənquliyev buna caab verə bilərmi? 2019-05-13 09:06:32

Necə düşünülməmiş yazıdır.Bİz bu məsəədə ruslarla niyə danışmalıyıq? Onlarla bu məsələ ilə bağlı bir alverimiz var? Bəs biz müstəqil dövlət deyilik?Yox əgər özümüzü dünyadan təcrid etmişiksə ( Avropa birliyi, AƏT,BMT,AATB onda biz kimik? Kim bizim səsimizi eşidər? Bunu düşünən yetkili varmı? Niyə Azəbaycan təklənib? Niyə bunları düşünən bu ölkədə ortaya çıxmır?Hökumətin bu məsələnin ciddiliyinə diqqət verməsi vacibdir.Ama səs şəxmır.Niyə?...

Bilməli olduğunuz məsələ 2019-05-13 09:06:32

Heç olmasa indi Azərbaycan tarixini oxumalı və heç olmasa bəzi faktları bilməlisiz.Ondan sonra mətbuatda belə çıxışlar etməyə haqqınız ola bilər...Olub keçənlərdən məlumatı olmayan,ötüb keçənləri analiz etmədən belə çıxışlar hökumətin nəzarətsizliyini və ya bilərəkdən onu mətbuta buraxdığına dəlalət edir ki....

Mux 2019-05-13 09:06:32

Ay Qüdrət,sən nə fikirləşdiyini heç bilirsənmi?Bakının küləyi kimi kah elə əsirsən.gah da belə.Orta məktəb şagirdi də bilir ki,Qarabağın azad olunmasında mane olan Rusdur.....Ayıbdır axı.Sən də Vahid Əhmədov da eyni düşüncədəsiniz...Yaraşmaz sizlərə........

Arslan 2019-05-13 09:06:32

Q.Həsənquliyevin Azərbaycanın Avrasiya İqtisadi Birliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaq təklifi onun hansı siyasətə xidmət etdiyini aydın göstərir. Bu təklifi hansı kontekstdə səsləndirməsindən, yaxud Rusiyanı nədə ittiham etməsindən asılı olmayaraq tapşırığı sədaqətlə icra edir...

Dilbaz Bilməzov 2019-05-13 09:06:32

Belə hüquqsuz siyasi bilmişkənlik nəinki Qarabağın qaytarılmasına yol açar, əksinə Azərbaycanın bu günkü "bütövlüyü"dən də tolerant payına rəvac verər.

Valeh 2019-05-13 09:06:32

Başlığın nə demək olduğunu Qüdrət bəy anlayır?Belə çıxır ki,biz hər addımımızı ruslarla razılaşmalıyıq? Bu hansı müstəqillikdən xəbər verdiyini Həsənquliyev başa düşə bilir?Əgər belədirsə,onda niyə Rus qoşunlarının Azərbaycanda olmasını,Hərbi baza yerləşdirməsini istəmirik? Anlaşılan deyil.Dağlıq Qarabağın işğaldan azad edilməsini bir yana qoysaq belə Dağlıq Qarabağa bərabər,7 rayonu azad etmək istəmədiyimizə nə ad verək? Bunamı Putin lazımdı? AZərbaycanın bu məsələdə mövqei başa düşülən deyil.

Həsənquliyevə 2019-05-13 09:06:32

Dağlıq Qarabağ bir tərəfə,ay kişi,ətraf rayonlar? Niyə bu günə qədər bu rayonlar işğaldadır? Heç olmasa bu rayonları qaytarardınız.Hakimiyyəin QArabağ msələsi niyə iflas edir?Yalandan danışıqlar insanları yuxuya vermək üçündür? Ölkənin hansı ciddi narahat edən məsələsi bu 25-30 ildə həll olundu? Bunlardan danış.

Əvvəlcə Xırdalanı azad edək 2019-05-13 09:06:32

Xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı özünün Feysbuk səhifəsində yazıb. Bildirib ki, belə bir acı peşmançılıq duyğusunu Xırdalana gedəndə yaşayır: "Nə maşına yol var, nə piyadaya! Deməyə söz tapmırsan! Hansı acı söz, hansı ittiham ürəyini soyuda bilər? Niyəbizim bu ev tikənlərimiz vicdanı, məsuliyyəti, qanun qorxusunu yaddan çıxarırlar. Bunlar anlamırlarmı ki, buraları görən hər kəs 10 ildən, 30 ildən sonra da, Bakının böyründə, Xırdalan kimi bir yerdə bu cür vəhşl qazanc ehtirasıyla ev tikənlərin ata-babasını gorundan çıxaracaq, onda urvatlı bir yer qoymayacaq!.. Görəsən, dünyanın hansı vəhşı tayfası 15-20 qatlı binaların ətrafında darısqal da olsa bir səki yeri saxlamaz. Üz-üzə binalarda bir balkondan o birinə tullanmaq olar! Doğrudanmı, on illər boyu əzizlərinin ən ağır söyüşlərlə söyülməsinə razı olurlar, amma binanı bir addım geri çəkə bilmirlər?.. Niyə şərəflərini, adlarını qazanca, mal-mülkə görə belə asanca ayaq altına atırlar? Bəs bu şəhər sizin, bizim deyil? Bəs bu binalarda sizin xalqınızın övladları yaşamayacaq? Axı bu nəhəng evlər gündə sökülüb yenidən tikilmir... Məgər hər kim harda balaca bir boş yer tapınca orda bir göydələn ucaltmalıdır? Bəs bu Xrdalan deyilən şəhərin bir sahibi yoxdur?"

TARİX 2019-05-13 09:06:32

QÜDRƏT BƏY BİLMİRSƏNMİ Kİ,AZƏRBAYCANA BÜTÜN BƏLALARI RUSİYADAN GƏLİR. BƏS DEYİLMİ TORPAÖIMIZDA YARADILAN ERMƏNİ DÖVLƏTİ,20 YANVAR,QARABAĞIN İŞĞALI,XOCALI QƏTLİYAMI KİMİ YÜZLƏRƏ FAKTLAR.İNSANLAR HƏR ŞEYİ YAXŞI ANLAYIRLAR.RUSİYA HEC VAXT BİZİM TƏRƏFİMİZDƏ OLMAYACAQ.QARABAĞI RUSİYA İŞÖAL EDİB ERMƏNİYƏ VERİB.RUSYANIN CÜRCÜSTAN,UKRAYNA,MOLDOVANİN BAŞINA ACDIQLARINI GÖRMÜRSƏNMİ? COX TƏƏSÜF Kİ,DEPUTATIMIZ BELƏ DÜŞÜNCƏYƏ SAHİBDİR.

Arslan 2019-05-13 09:06:32

Bəzi adamların sadəlövhlüyünə, əgər həqiqətən belədiesə, təəccüb edirəm. Necə yəni Q.Həsənquliyev nə yazdığını bilmir....

Arslan 2019-05-13 09:06:32

Hörmətli sayt əməkdaşları. Mən Sizin saytınızı daim izləyirəm və düşünürəm ki, digərləri ilə müqayisədə daha obyektivsiniz. Ancaq yazdığım bir neçə şərhin ixtisarla, özü də mahiyyəti təhrif edən ixtisarla verilməsi Sizin haqqınızda təsəvvürlərimi doğrultmur. Zənnimcə, mən şərhlərimdə dini, irqi, milli ayrı-seçkiliyə yol verməmişəm və kiminsə şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr də işlətməmişəm. Bir də yazılan şərhlərə görə məsuliyyəti onu yazanlar daşımırmı?

Son yazılar