Bakının mərkəzində güclü yanğın

Bu gün Bakıda güclü yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Yasamal rayonunda vətəndaşa məxsus səhmdar cəmiyyətin ərazisində, birmərtəbəli ümumi sahəsi 830 kvadrat metr olan 13 otaqlı tikilidə güclü yanğın başlayıb.

Hadisə zamanı tikilinin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 200 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisənin səbəbləri araşdırılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar