“ABŞ da Türkiyə hökumətini izləyib” 

Almaniyanın “Der Şpigel” jurnalı Amerika kəşfiyyat xidmətinin Ankara və İstanbulda gizli vasitələrlə dinləmə apardığını iddia edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, jurnal ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin sızdırdığı gizli sənədlərdə Türkiyə ilə əlaqədər bəzi məqamları nümayiş etdirib.

“İkili oyun” başlıqlı yazıda Təhlükəsizlik xidmətinin həm NATO məsələsində, həm də PKK ilə mübarizədə Türkiyə ilə əmakdaşlıq etdiyini yazıb.

Həmçinin xidmətin Türkiyə hökumətini, ordunu, nazirlikləri və enerji şirktlərini dinlədiyi də yazıda vurğulanıb.

Bu sənədlərdə Türkiyə həm partnyor, həm də dəfə ölkə olaraq göstərilib. Snoudenin sızdırdığı sənədlərdə Tükiyənin sıx izlənilən ölkələrdən biri olduğu üzə çıxıb. Onlara Türkiyədə “siyasi liderlərin məqsədlərinin” öyrənilməsi və digər 18 mövzuda izləmə və dinləmə təlimatı verilib.

“Der Şpigel” jurnalı “Türkiyə hökümətinin məqsədlərini öyrənmək istəyən təkcə alman kəşfiyyatı deyil” iddiası ilə çıxış edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar