Avropa Birliyinin qara siyahısı dolur

Ukraynanın şərqində separatçılarla əlaqəli bütün şəxs və təşkilatlar Avropa Birliyinin (AB) sanksiyalarına məruz qalacaq.

Axar.az xəbər verir ki, bu barədə AB-nin Brüsseldəki sammitinin nəticələrinə əsasən qəbul edilmiş rəsmi sənəddə qeyd edilir. Sənəd 31 avqustda Avropa Birliyinin rəsmi saytında dərc edilib.

AB rəhbərliyinə yaxın mənbə qeyd edir ki, sanksiyalar rus mallarının idxalına şamil edilməyəcək:

“Bunlar artıq birinci raundda iqtisadi sanksiyalarla diqqətdən kənarda qalmış sahələr olacaq”.

Bununla yanaşı, mənbə Avropa Komissiyasının Rusiyanın qlobal banklararası SWIFT maliyyə məlumatları mübadiləsi sisteminə yolunu bağlamaq təklifinin də siyahıya daxil ediləcəkmi, sualına cavab verə bilməyib.

“Biz nə mümkündürsə, ondan istifadə edəcəyik”, - mənbə əlavə edib.

Xatırladaq ki, Avropa Komissiyasının təklifləri növbəti həftənin ortalarından daxil olmağa başlayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar