«ABŞ-ın saxta seçkiyə münasibəti daha sərt olub»

Amerikanın tanınmış «The Daily Caller» nəşri Azərbaycandakı seçkini İran və Rusiya ilə müqayisə edərək bu qənatə gəlib

Dövlət Departamenti: «Biz təəssüflə qeyd edirik ki, bu seçkilər beynəlxalq standartlara uyğun deyil»

Azərbaycanda prezident seçkiləri zamanı baş verən kütləvi qanun pozuntuları və beynəlxalq aləmin buna sərt reaksiyası dünya mediasının gündəmində qalmaqdadır. Bu günlərdə Amerikanın tanınmış «The Daily Caller» nəşrinin Azərbaycanla bağlı dərc etdiyi məqalədə bu qəbildəndir. Azərbaycanda keçirilən prezident seçkilərindən bəhs edən məqalədə Qərbin seçkilərə münasibətinə və baş verənlərin ABŞ-Azərbaycan əlaqələrinə mümkün təsirlərinə toxunulub. Obama administirasiyasının Azərbaycandakı seçkilərə münasibəti ilə İran və Rusiyada keçirilən prezident seçkilərinə münasibəti arasında müqayisələlər aparılıb. Məqaləni qısa ixtisarlarla diqqətinizə çatdırırıq: «İranla sərhəddə yerləşən, ABŞ-ın Cənubi Qafqazdakı müttəfiqi Azərbaycanda keçirilən prezident seçkilərinə Obamanın saymazyana münasibəti heyrətə səbəb olub. İlham Əliyev oktyabrın 9-da keçirilən seçkilərin nəticələrinə görə yenidən dövlət başçısı oldu. Dövlət Departamentinin mətbuat katibinin köməkçisi Mari Harf seçkilərdən bir gün sonra açıqlama ilə çıxış edərək Azərbaycanda keçirilən seçkilərin legitimliyini tənqid edib. «ABŞ dəfələrlə Azərbaycan hakimiyyətini azad və ədalətli seçki prosesi təmin etməyə, sərbəst toplaşmaq, söz və mətbuat azadlığına hörmətlə yanaşmağa çağırıb.

Biz təəssüflə qeyd edirik ki, bu seçkilər beynəlxalq standartlara uyğun deyil». Bu fikirlər Dövlət Departamentinin ATƏT DTİHB-nin hesabatına əsaslanan bəyanatında vurğulanır. Harf qeyd edib ki, «topa bülletenlərin» seçki qutularına atılması, «səslərin hesablanmasıyla bağlı ciddi problemlər», o cümlədən KİV-lərin fəaliyyətinə müdaxilə, vətəndaş cəmiyyətinə təzyiqlər, etiraz aksiyalarının keçirilməsinə imkan verilməməsi narahatlıq yaradır. Departament rəsmisi eyni zamanda prezidentliyə namizədlərin qeydiyyatı, beynəlxalq müşahidəçilərin seçkiləri izləməsinə imkan yaradılması kimi məqamları da müsbət hal kimi dəyərləndirib.

«ABŞ İran və Rusiyadan fərqli olaraq Azərbaycana sərt yanaşdı»

İran və Rusiya sərhəddində yerləşən Azərbaycan ABŞ-ın əsas müttəfiqlərindən biridir. Azərbaycan ABŞ-ın Əfqanıstan və İraqda apardığı hərbi əməliyyatlara yardımçı olub. Amma bütün bu əlaqələrə baxmayaraq Obama administirasiyasının Azərbaycanda keçirilən seçkilərə münasibəti kifayət qədər sərt oldu. Onu da qeyd edək ki, ABŞ-ın Azərbaycanda keçirilən seçkilərə münasibəti Rusiya və İranda keçirilən seçkilərə yanaşmadan köklü sürətdə fərqlənib. Onu da qeyd edək ki, Obama İran və Rusiyadakı seçkilərə münasibətdə daha pozetiv fikirlər səsləndirmişdi. «Biz seçkilərə gedərək, ciddi şəkildə nəzarət olunan bir mühütdə səsinin eşidilməsinə nail olan İran xalqının cəsurluğuna heyranıq. Biz seçki prosesindəki qeyri-şəffaflıqdan, KİV-də və internetdə ciddi senzuranın tətbiq edilməsindən əvvəlkitək narahatıq. Amma bütün çatışmamazlıqlara baxmayaraq İran xalqı yeni və daha xoş gələcəklə bağlı əzmini ortaya qoydu», - bu sözlər isə dövlət katibi Con Kerriyə məxsusdur. «Seçilən dövlət başçısı Ruhani seçki kampaniyası zamanı bütün iranlılar üçün azadlıqların qorunacağını və onların daha da genişləndiriləcəyi ilə bağlı vədlər verib. Qaşıdakı aylarda onun bu vədləri yerinə yetirmək imkanı var. Biz öz müttəfiqlərimizələ birgə İran hakimiyyəti ilə əlaqələr qurmağa hazırıq». Bu fikirlər də dövlət katibi Kerriyə aiddir. İranla bağlı fikirlər İranda prezident seçkisindən dərhal sonraya aiddir.«Birləşmiş Ştatlar rus xalqını prezident seçkilərinin başa çatması münasibəti ilə təbrik edir və yeni seçilən dövlət başçısı ilə gələcəkdə əəməkdaşlığın qurulmasına ümid edir». Dövlət Departamentinin rəsmisi Viktoriya Nuland bu mövqeyi martın 5-də 2012-ci ildə Rusiyada prezident seçkilərindən sonra ifadə edib: «Biz ATƏT rəhbərliyiin seçkilərin qalibin böyük səs üstünlüyü qazandığı fikrini bölüşürük. Biz eyni zamanda ATƏT-in seçkilərdə inzibati resursların, prosedur qaydalarının pozulmasıyla bağlı faktları da qeyd edirik. Biz Rusiya hakimiyyətini seçkilərdə baş vermiş pozuntulara görə hərtərəfli araşdırmalar aparmağa çağırırıq. Biz seçki məntəqələrində seçici aktivliyinin olmasından, Rusiya vətəndaşlarının seçkilərin monitorinqində yaxından iştirakından məmnunuq».

Bu isə ABŞ-ın Azərbaycanda keçirilən seçkilərdən sonra verdiyi bəyanatdır. «Biz seçkilərlə bağlı mövqeyimizi açıq ifadə etmişik. Qeyd edək ki, seçki prosesi seçki günü başa çatmır. Biz Azərbaycan rəhbərliyini seçki günü baş verən bütün seçki pozuntularını ədalətli, şəffaf və etimad qazanan formada araşdırmağa və ATƏT-in yekun hesabatında dərc olunan tövsiyələri reallaşdırmağa çağırırıq», bu fikirlər də Dövlət Departamentinin rəsmisi Nikol Tomsona aiddir»(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar