Ərdoğan bu gün ilk xarici səfərini edir

Türkiyədə avqustun 10-da keçirilən prezident seçkilərində xalqın istəyi ilə 12-ci ölkə başçısı seçilən Rəcəb Tayyib Ərdoğan bu gün Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfər edəcək.

SalamNews-un “Kıbrıs Posta”ya istinadla verdiyi xəbərə görə, R.T.Ərdoğan “Ercan” hava limanında ŞKTC prezidenti Derviş Eroğlu tərəfindən qarşılanacaq.

Prezident sarayında keçiriləcək rəsmi qarşılanma mərasimindən sonra ölkə başçıları arasında təkbətək görüş başlayacaq.

Türkiyəli lider səfər çərçivəsinə Kipr Türk Cəmiyyəti azadlıq mübarizəsinin lideri Fazil Küçük və qurucu prezident Rauf Denktaşın məzarlarını ziyarət edəcək.

Bundan əvvəl xəbər verdiyimiz kimi, Türkiyənin yeni lideri sentyabrın 3-də Azərbaycana gələcək.

O, Azərbaycan səfərindən sonra - 4-5 sentyabr tarixlərində Uelsdə keçiriləcək NATO sammitində, 21-26 sentyabrda isə BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək iclaslarında iştirak edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar