Hacı Zeynalabdin Tağıyevin anım günüdür

Azərbaycanın tanınmış milyonçusu, mеsenat, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin anım günüdür.

SalamNews–un məlumatına görə, Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olub. Zeynalabdinin 10 yaşı olanda anası Ümmü xanım vəfat edib. Atası on yaşlı uşağı bir bənnanın yanına usta köməkçisi işinə düzəldib. Zeynalabdin 15 yaşında ikən bənnalıq etməyə başlayıb. Bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayıb. Sonradan özünü ticarətdə və yüngül sənayedə də sınayıb və hər iki sahədə qabiliyyəti ilə uğur qazanıb. 1870-ci ildə onun artıq iki qazanxanadan ibarət кеrosin zavodu olub. Bütün müsəlman aləmində tanınmış milyonçunu Bakıdakı müsəlman, rus, erməni və yəhudi xeyriyyə cəmiyyətlərinin hamısı özlərinə fəxri sədr seçiblər.

H.Z.Tağıyev 1873-cü ildə iki nəfərlə şərik olaraq Bibiheybətdə icarəyə yer götürüb. Xeyli səydən sonra nəhayət, quyu gözlənilmədən fontan vurub və başmaqçı Tağının oğlu bənna Zeynalabdin milyonçu Tağıyev kimi tanınmağa başlayıb. Üç il ərzində şəhərin mərkəzində böyük saray tikdirib. Tağıyev həm neft maqnatı, həm dəyirman sahibi, həm fabrikant, həm böyük balıq sənayeçisi, ticarət və yük gəmilərinin, həm də Quba ətrafında böyük meşələrin sahibi olub. Ənzəli və Rəşt ərazisində də Hacının meşələri, böyük malikanəsi, binaları və nümayəndəliyi, başqa şəhərlərdə, o cümlədən Moskvada 4 mərtəbəli iri sarayı, İranda karvansaraları vardı.

H.Z.Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək Bakıda ilk qızlar məktəbi tikdirib. Bu bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi.

Qəzet və jurnalların çap edilməsi, xeyriyyə cəmiyyətləri də, ilk növbədə, Tağıyevin adı ilə bağlıdır.

Sovet hakimiyyətinin Azərbaycanı işğalı zamanında Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilib. O özünün əlindən alınmış keçmiş mülkiyyətindən ancaq Mərdəkandakı bağ evini seçib.

Hacı Zeynalabdin Tağıyev 1924-cü ildə 86 yaşında vəfat edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar