Ramazanın 9-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 9-cu günüdür.

"AzPolitika"nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də Bakıda imsak saat 03:45, iftar isə saat 20:04-dədir.

Ramazan ayının 9-cu gününün duası:

"Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin".

Tərcüməsi:

"İlahi, bu ayda mənə Öz geniş mərhəmətindən pay ver, Öz açıq-aşkar dəlil-sübutlarınla yol göstər, Səni razı salacaq bütün şeylərə doğru məni apar Öz məhəbbətin xatirinə, ey arzusu olanların Pənahı!"

Allah orucunuzu qəbul etsin!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar