«BAŞINDAN ZƏRBƏ ENDİRƏCƏYİK...» - İranlı briqada generalı ABŞ-ı hədələdi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandanı, briqada generalı Hüseyn Salami bəyan edib ki, əgər Amerika Birləşmiş Ştatları (ABŞ) İrana qarşı hər-hansı konkret güc nümayiş etdirsə, o zaman İran ABŞ-ın «başına zərbə endirəcək».

«Əgər Amerika bizə qarşı addım atarsa, o zaman biz, ona başından zərbə endirəcəyik» - deyə, İİKK-nun komandanı bildirib.

Onun fikrincə, ABŞ riskə getməyəcək və öz aviadaşıyıcılarını İrana qarşı istifadə etməyəcək.

O, xüsusilə qeyd edib ki, İranın müdafiə imkanları «adekvat və yetərlidir», ABŞ-ın aviadaşıyıcıları isə zərbəyə qarşı kifayət qədər zəifdir. Ona görə də generalın sözlərinə görə, «Vaşinqton belə riskə getməyəcək».

635x100

Şərhlər

MRP 2019-05-13 23:31:56

İraqda ABŞ-a hədə gəlirdi.İraqa girsəniz özünüzü cəhənnəmə salmış olacaqsınız.Heç bir ay müqavimət göstərə bilmədi.Diplomatiyanın məşhur deyimi var:Özünü layiq olduğundan artıq görtərməyə çalışma.

Son yazılar